Dünya futbolu
Tək qolla gələn qələbələr
İngiltərə Federasiya Kubokunda (FA) 3-cü turun oyunları keçirilir. Dünən daha 3 matç reallaşıb.
Futbolinfo.az xəbər verir ki, nəhənglərdən “Tottenhem” bu mərhələdə “Bernli” ilə qarşılaşıb. Görüş londonluların qələbəsiylə başa çatıb. Pedro orronun 78-ci dəqiqədə vurduğu möhtəşəm qol londonluları növbəti mərhələyə yüksəldib.
“Fulhem” də tək qolla qalib gəlibsə, “Brentford” – “Vulverhempton” oyunu bərabərliklə başa çatıb. Bu komandalar qalibi müəyyənləşdirmək üçün dha bir matç keçrəcək.
Brentford – Vulverhemtpon 1:1
Qollar: N.Mope, 41 – T.Doyl.
Fulhem – Roterhem 1:0
Qol: De Kordova, 24.
Tottenhem – Bernli 1:0
Qol: P.Porro, 78.