Bizi izləyin

Ölkə futbolu

Təlimatçı Şimşək Stuxlikdən də pis seçimdi: AFFA klublar üçün “sənədçatdırma yarışı” elan etdi

blank
blank

AFFA İcraiyyə Komitəsi yenə təəccübləndirə bilmədi. Öncədən planlaşdırılan, ssenarisi cızılan məsələlər təsdiqləndi, qərarlar verildi. Həftələr, günlər öncə AFFA-nın əsas idarəçiləri nəyi müəyyənləşdirmişdisə, qurum dünənki iclasında məhz onları rəsmiləşdirdi.

Gözlənildiyi kimi, videokonfransa kimin qatıldığı elan olunmadı. Bu üzdən yetərsayın olub-olmadığını, videokonfransa kimlərin qoşulmadığını dəqiqləşdirə bilmədik. Hətta toplantı dünən 3 saat önə çəkildi və bunun da səbəbi açıqlanmadı. Yəqin üzvlərdən hansısa axşam toya tələsdiyindən və ya istirahətlərinin pozulma riski olduğundan belə addım atıldı. Ehtimallarımız sizə gülməli gələ bilər, lakin rəsmi açıqlama verilməyincə belə düşünməkdə sərbəstik.

Ümumiyyətlə, AFFA rəhbərliyi illərdi yaxşı yol tapıb – iclaslar ya gözdən uzaq bir yerə təyin edilir, ya da videokonfrans formatında təşkil olunur. Yekunda isə rəsmi saytda qərarlar dərc edilir, heç bir açıqlamaya gərək durulmur. Halbuki mətbuat konfransının keçirilməsinə, qərarlardan doğan suallara cavab verilməsinə ehtiyac var. İK üzvlərinin bəhanələrlə gizləndiyi bir vaxtda baş katib Sərxan Hacıyev də buna gərək duymur.

Qəbul olunan qərarlara gəlincə, türkiyəli mütəxəssis Barış Şimşekin 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunması ehtimal edilirdi. Gözlənilməz olan anlaşmanın müddətidi. Görünür, AFFA rəhbərliyi qovulmayana kimi futboldan getmək istəmirlər, uzunmüddətli planlar qururlar, ən azı özlərini belə göstərirlər.

Barış bəyə gəlincə, bəh-bəhlə təqdim etməyə ehtiyac yoxdu, bu, hətta Frits Stuxlikdən də bərbad təyinatdı. Təsadüfi deyil, bu xəbər qardaş Türkiyədə də birmənalı qarşılanmadı. Heç bir ciddi uğuru olmayan, sıradan bir sabiq hakim birbaşa komitə sədri seçildi. Halbuki Şimşək ən yaxşı halda ortabab təlimatçıdı. Onun idarəçilik bacarığına indidən şübhəylə yanaşırıq və dərdə dərman olmayacağı gün kimi aydındı.

Cəmi 2 il FIFA referisi olmuş Barış bəy beynəlxalq arenada düz-əməlli oyun da idarə etməyib. Karyerası yalnız kimlərəsə 4-cü hakim kimi yardımçı olmaqla keçən yeni sədr haqda AFFA-nın hazırladığı təqdimat uşaq başı aldatmaq üçündü. Heç bir ciddi oyun idarə etməyən bu şəxs daha çox qatıldığı kurslarla öyünə bilər ki, onlarda onun yalnız VAR təlimatçısı kimi yetişməsinə kifayət edib. Təlimçini birbaşa sədr təyin etmək ənənələri olan Azərbaycan hakimliyinə növbəti ləkədi (bu linkə baxmaqla Fatih Terimin Barış Şimşəkə hansı qiyməti verdiyini görəcəksiz).

İK-nın növbəti qərarı Samir Əliyevin U-21-ə baş məşqçi təyin edilməsidi. Amma ona cəmi 1 seçmə mərhələ müddətində güvəniləcək. Əcnəbilərlə uzunmüddətli müqavilə imzalamaqdan zövq alan assosiasiyanın yerli mütəxəssislərə qısa müddət şan verməsi təəccüblü deyil – bu adamlar azərbaycanlı məşqçilərə qısqanclıqla yanaşır, uğurlu olmalarından ehtiyatlanırlar. Çünki yerlilər nəticə baxımından hər nə qədər daha yaxşı olacaqsa da, “talama əməliyyatları”nda sərfəli deyillər.

“Sabah”ın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciətinin müsbət cavablandırılması pis nümunədi. Əvvəla, hansısa klubun belə müraciətinə ümumiyyətlə, İcraiyyə Komitəsində baxılmamalıydı. Bu, qurumun özünün özünə, verdiyi qərarlara hörmətsizliyidi. İK bir müddət öncə qərar qəbul edərək Divizionda oynamaqdan boyun qaçıranlar üçün 100 min manatlıq cərimə təyin etmişdi. Avtomatik olaraq, bu qərar tətbiq olunmalıydı, amma AFFA klubun sponsorlarından qorxduğu üçün cəsarətini içində boğdu.

İndi digər komandalar da rahatca Diviziondan çəkilə bilərlər. Və bunun üçün AFFA-ya müraciət etməyə gərək yoxdu. “Sabah”a cərimə tətbiq olunmadısa, digərləriylə bağlı ikili standart tətbiq edilə bilməz, komitə öz qərarını ayaq altına atdı.

Cari dövrün tələbi olan Premyer Liqa və Divizion klublarının maliyyələşdirilməsi ilə bağlı məsələnin unudulması isə təəssüf doğurdu. Görünür, maliyyə hesabatlarında açıqlarını gizlədə bilməyən AFFA, komandalara onların xətti ilə maliyyə ayrılmayacağı faktı ilə barışıb. Bu üzdən günün əsas mövzusu unuduldu, əvəzində Region Liqası komandaları üçün yarış təşkil edildi. Qərarda deyilir ki, Region Liqası komandaları üçün Birinci Divizionda çıxış edə bilmələri üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk (!!!) təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.

Bu, yarışma deyil, ona görə də müraciəti ilk təqdim edən kluba üstünlük verilməsi absurddu. Ondansa müraciətlər toplanmalı, ən layiqli, ən hazırlıqlı komanda seçilməlidi. Bu, daha peşəkar hərəkət olardı.

İK 29 aprel toplantısında konkret komandaların – “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan”ın Diviziona buraxılmasına qərar vermişdi. İndiki qərar fikirləri haçalandırır. “İlk sənədvermə yarışı” bu komandalara da aiddi, yoxsa yarışdan çəkilən “Sabah-2”-yə əvəzləyici axtarılır? Ümumiyyətlə, Divizionda neçə komandanın iştirakı plnlaşdırılır?

Bu suallara AFFA rəhbərliyi cavab verməlidi. Ümid edirik, ən azı baş katib Sərxan Hacıyev özünə əziyyət verərək mətbuata danışmaq ehtiyacı hiss edəcək. Əks halda, müəmmalı durum aydınlaşmayacaq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm