Ölkə kuboku
Tərlan Əhmədov: “Premyer Liqanın davam etdirilməsinin əleyhinəyəm”
“Açığı, Azərbaycan Premyer Liqasının davam etdirilməsinin əleyhinəyəm”.
Futbolinfo.az xəbər verir ki, bunu fanat.az-a açıqlamasında “Keşlə”nin çalışdırıcısı Tərlan Əhmədov deyib.
Bakı təmsilçisinin baş məşqçisi fikrini belə əsaslandırıb:
“Koronavirus pandemiyası dönəmində yarana biləcək fəsadlar öz yerində, məsələnin digər tərəfləri də var. Ayyarımdan çoxdu ki, oyunçular yalnız fərdi fiziki təmrinlərlə kifayətlənirlər. Uzun müddət toplu çalışmalardan uzaq düşən kollektivi hazır vəziyyətə gətirmək ciddi çətinliklər yaradacaq. Onlayn məşqlərlə iş bitmir. Topu hiss etməyən futbolçu baş məşqçinin verdiyi tapşırıqları bütün hallarda, yerinə yetirə bilməyəcək. Əlbəttə, Premyer Liqanı davam etdirmək və ya yarımçıq yekunlaşdırmaq bizim səlahiyyətlərimiz çərçivəsində deyil. Ancaq bu, mənim subyektiv fikrimdi. Böyük çempionatlarla müqayisə aparmağa dəyməz. Həm onların demək olar, bütün futbolçularının fərdi məşq imkanları genişdi, həm də klubların tibbi personalları… Bizdə belə deyil axı…
Hamıya bəllidi ki, Azərbaycan klublarında oyunçularla bağlanan müqavilələr əsasən bir illik, ilyarımlıq olur. Çempionat yayda davam etdirilsə, tutaq ki, “Keşlə”dən yeni sözləşmə təklifi almayan oyunçuları necə motivasiya edəcəyik? Gələn mövsüm bu komandada olmayacağını anlayan futbolçu meydanda can qoyacaqmı? Əsla! Gedəcəyini anlayıbsa, özünü zədədən qoruyacaq. Başa düşürəm, UEFA bütün milli çempionatlar üçün vahid qərar qəbul etsə də, yəni müqaviləsinin müddəti iyunda bitən oyunçular iyirmi, iyirmi beş gün artıq oynamağa məcbur olsalar da, meydanda var gücüylə mübarizə aparmayacaq. Əksinə, gedəcəyini anlayıbsa, özünü zədədən qoruyacaq. Şübhəsiz, bu da nəticələrə ciddi şəkildə təsir edəcək”.
Qeyd edək ki, “Keşlə” 20 tura 30 xal toplayaraq turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Ən yaxın təqibçisini – “Sumqayıt”ı 7 xal qabaqlayan Bakı təmsilçisi Premyer Liqa davam etdirilməyəcəyi halda, ölkəni Avropa Liqasında təmsil etmək hüququ qazanacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı