Ölkə futbolu
Tərlan Əhmədov üçün həlledici oyun
Bu gün Misli Premyer Liqasında baş tutacaq “Kəpəz” – “Şamaxı” oyunu Tərlan Əhmədov üçün son qarşılaşma ola bilər. Premyer Liqanı tərk etməyə əsas namizədlərin şəxsu duelində mühüm sayılan matçda gəncəlilərin məğlubiyyəti baş məşqçiyə bağışlanmayacaq.
Ötən tur “Turan Tovuz”a məğlubiyyətdən sonra son pilləyə düşən “Kəpəz”də klubdaxili iclas keçirilmiş, “Şamaxı” və “Sumqayıt”a qarşı matçlarda maksimum nəticənin qazanılması şərt kimi qoyulmuşdu. Bu ardıcıl matçlarda minimum 4 xal toplanılmasa, Əhmədov postundan ayrılmalı olacaq. İndi həmin matçlardan birincisi reallaşır. Sumqayıt səfəri öncəsi “Kəpəz” evdə qalib gəlməyə məhkumdur.
Təəssüf ki, “Kəpəz”də rəhbərliklə də bağlı ciddi problemlər var. Klunu idarə edilməsində ciddi yanlışlıqlar üzündən vəziyyət bu həddə çatıb. İstefaya göndərilməsi lazım gələn Yaşar Vahabzadəni israrla 5 tur saxlayıb mövsümün əvvəlini boşa verən gəncəlilər, indi bunun acısını çəkir. Əhmədov bir ara vəziyyəti düzəltsə də, klubda problemlər bitmək bilmir və bu, nəticələrdə özünü göstərir.
Bu gün azarkeşlərin də Əhmədova qarşı olacağı dəqiqdir. Azarkeşlərlə ulduzu barışmayan Tərlan bəy yəqin ki, matç boyunca onların təzyiqini hiss edəcək. Bütün bunlara baxmayaraq, qələbə reallaşsa, “Kəpəz” son pillədən qurtulacaq, özünə gələcək. Əks halda, məşqçinin istefası aktuallaşacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı