I Liqa
Təxirə salınmış oyunda “Turan Tovuz” sevindi
Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son matçında “Turan Tovuz” doğma meydanda “Sabah”ın əvəzediciləri ilə qarşılaşıb.
Bu qarşılaşma əslində ötən gün keçirilməli idi. Lakin Tovuzdakı güclü qar səbəbindən oyun bu günə təxirə salınmışdı. Nəhayət, bu gün keçirilən matçda meydan sahibləri minimal hesabla qələbə qazanıblar.
Birinci Divizion
17-ci tur
13 mart
Turan Tovuz – Sabah-2 1:0
Qol: Nurlan Şabanov, 10
Turun digər nəticələri:
“Qaradağ Lökbatan” – “Zaqatala” 3:2
“Kəpəz” – “Neftçi-2” 0:3
“Sumqayıt-2” – MOİK 0:1
“Keşlə-2” “Qarabağ-2” 0:1