Ölkə futbolu
Təxirəsalmaya gərək yoxdu: virusla yaşamağı öyrənməliyik
Peşəkar Futbol Liqası ən doğru seçimi etdi. “Sabah”ın bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün “Zirə” ilə təxirə salınan oyunun elə bu həftə reallaşması qərara alındı.
Əslində, matçın 2 gün sonraya ertələnməsinə də gərək yox idi. Çünki eyni problem əksər ölkələrdə mövcuddu və hansısa futbolçunun virusa yoluxmasına görə oyunlar təxirə salınmır. Həm milli çempionatlarda, həm də avrokubok oyunlarında test nəticəsi pozitiv çıxan futbolçular komandadan kənarlaşdırılır, karantinə alınır, oyunlar isə baş tutur. İndiyədək hətta kütləvi yoluxma halında əvəzedici heyəti ilə meydana çıxmış komandalar olub.
Bu səbəbdən “Sabah”ın testi müsbət çıxmış oyunçuları karantinə alınmalı, oyun isə baş tutmalıydı. Görünür, “Zirə”nin də razılığı alınıb və rəqibin 3 gündü məşq etməməsi əsas götürülərək oyunun noyabrın 6-dan 8-nə keçirilməsi məsləhət bilinib.
Əldə etdiyimiz bilgiyə görə, test nəticəsi pozitiv çıxanlar əsasən gənclərdi. Əsas heyət üzvlərindən yalnız Bəhlul Mustafazadənin belə problemi var və bu səbəbdən o, millinin düşərgəsinə də çağırılmayacaq. Onların təkrar testinin nəticəsi gözlənilir.
Ölkədə yoluxma sayı kəskin artsa da, futbolda radikal qərarlara gərək yoxdu. Artıq virusla yanaşı yaşamağı öyrənməliyik. Təxirəsalmalara gərək duymadan çempionatlarını davam etdirən digər ölkələr kimi davranmalı, sadəcə, təlimatlara ciddi əməl etməliyik.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…