Müsahibə
Tallison üçün həlledici matç: “Müqəddəratı kiçik detallar həll edir”
“Neftçi”nin futbolçusu Tallison Diazın futbolinfo.az-a müsahibəsi
– Azərbaycan Kubokunun ¼ final mərhələsində “Zirə”yə məğlub olub, mübarizəni dayandırdınız. Səbəbi nədə görürsən?
– Təəssüf ki, öz meydanımızda “Zirə”yə qarşı keçirdiyimiz oyunda məğlub olduq. Cavab oyununda çox gözəl mübarizə apardıq, çalışdıq, amma əlimizə düşən epizodları qola çevirə bilmədik. Futbolun özəlliyi budur, kiçik detallar növbəti mərhələnin müqəddəratını müəyyən edir.
– Yeni məşqçinin gəlişindən sonra uğurlu çıxış edən “Neftçi”yə bu məğlubiyyət mənfi təsir etməyəcək?
– Fikirimcə, mənfi təsir göstərməyəcək. Hədəflərimizə çatmaq üçün hər zaman birlikdə və güclü olmalıyıq.
– “Qarabağ”la matça yüksək motivasiyayla çıxa biləcəksiniz?
– İndi bütün gücümüzlə çempionat oyunlarına köklənməliyik. Şənbə günü bizi böyük və çox məsuliyyətli oyun gözləyir. Bu oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyimizə əmin ola bilərsiniz.
– Qalib gələ biləcəksiniz?
– Gözəl oyun olacaq, qələbə qazanıb ilk pilləyə qalxmaq üçün şansımız var, bu şansdan maksimum yararlanmağa çalışacağıq. Qarşıda çətin və vacib bir oyun var.
– 0:6 hesabının revanşı haqqında düşünürsünüz? Son matçda “Qarabağ”a bu hesabla uduzmuşdunuz…
– “Neftçi” kimi böyük bir komandada oynayarkən 0: 6 hesabı ilə məğlub olmaq normal deyil. Hər oyuna qələbə üçün çıxırıq. Artıq sabahdan növbəti oyunun hazırlıqına başlayırıq. Çalışacağıq ki, baş məşqçimizin bizə verdiyi tapşırıqları düzgün yerinə yetirib, azarkeşlərimizə və bütün “Neftçi”sevərlərə qələbə hissini yaşadaq.
AĞA
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var