Dünya futbolu
Ten Haqın əvəzinə Zidan?
Son məğlubiyyətlər “Mançester Yunayted” rəhbərliyinin səbr kasasını daşırıb. Qeyri-sabit çıxış üzündən onlar yayda qəti addım atmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasında “Fulhem”ə məğlubiyyət (1:2) klubun yeni sahibi Cim Ratkliffi hərəkətə keçirib. Baş məşqçi Erik ten Haqa güvəndiyini açıqlayan bu şəxs indi fərqli düşünür. Niderlandlı mütəxəssisin işi onu qane etmir.
Ratkliff özü üçün yeni baş məşqçini də müəyyənləşdirib. “Real”dan ayrıandan bəri işsiz olan Zinəddin Zidan baş məşqçi postuna əsas namizəddir. Britaniya mətbuatına inansaq, mançesterlilər artıq fransalı mütəxəssislə danışıqlara başlayıb.