Dünya futbolu
“The Best”: Messi ən yaxın izləyicisini 8 xal qabaqlayıb
FİFA 2022-ci ilin ən yaxşı oyunçusu mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, titula sahib çıxan Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappeni 8 xal qabaqlayıb.
Messi 52 xalla lider olubsa, Mbappe 44 xal toplayıb. Üçüncü olan İspaniyanın “Real” komandasının forvardı Kərim Benzemanın isə 34 xalı var.
- Lionel Messi (Argentina, PSJ) – 52 xal
- Kilian Mbappe (Fransa, PSJ) – 44
- Kərim Benzema (Fransa, “Real”) – 34
- Luka Modriç (Xorvatiya, “Real”) – 28
- Erlinq Holann (Norveç, “Mançester Siti”) – 24
- Sadio Mane (Seneqal, “Bayern”) – 19
- Xulian Alvares (Argentina, “Mançester Siti”) – 17
- Əşrəf Hakimi (Mərakeş, PSJ) – 15
- Neymar (Braziliya, PSJ) – 13
- Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 10
- Vinisius Junior (Braziliya, “Real”) – 10
- Robert Levandovski (Polşa, “Barselona”) – 7
- Cud Bellingem (İngiltərə, “Borussiya”, Dortmund) – 3
- Məhəmməd Salah (Misir, “Liverpul”) – 2