Dünya futbolu
“Tottenhem” hücumçusunu satdı
İngiltərənin “Tottenhem” klubu hücumçusu Cek Klarkı “Sanderlend”ə satıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Sanderlend”in rəsmi saytı məlumat yayıb.
İngiltərənin gənclərdən ibarət yığmasının üzvü yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Cek Klark 2019-cu ildə “Lids”dən “Tottenhem”ə transfer olunsa da, bu klubun əsas komandasında forma şansı qazanmayb. London klubu 21 yaşlı forvardı “Lids”in özünə, KPR-ə, həmçinin “Stok Siti”yə icarəyə verib. Klark bu ilin əvvəlində də “Sanderlend” tərəfindən icarəyə götürülmüşdü. O, bu komandanın heyətində keçirdiyi 20 oyunda cəmi 1 qol vurub.