Dünya futbolu
“Tottenhem”in sabiq üzvü Türkiyə klubunda

Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçi Pol Joze Mpokunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı vingerlə 2+1 illik müqavilə imzalanıb. O, “Konyaspor” klubunda “40” nömrəli formanı geyinəcək.
Mpoku ötən mövsüm Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” klubunda forma geyinib. O, əvvəllər “Standard”, “Panatinaikos”, “Kyevo”, “Kalyari”, “Leyton Orient” və “Tottenhem”də də çıxış edib.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Dünya futbolu2023-01-25 18:36
Ronaldo diskvalifikasiya oluna bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Ölkə futbolu2023-01-25 23:56
“Qarabağ” üç qapıçıdan birini seçməlidir