Bizi izləyin

Digər idman növləri

“Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirildi

blank
blank

Tovuzda yeni yaradılan “Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirilib.

Futbolinfo.az xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, milli komandamızın voleybolçusu Polina Rəhimova, Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov, “Tovuz” Regional Voleybol Kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər. Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən milli üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, bir ay əvvəl təsis olunan klub, ilk olaraq seleksiya işlərini həyata keçirib. 10 yaşdan yuxarı oğlan və qızların seçimlərindən sonra oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Tovuz Olimpiya İdman Kompleksində baş məşqçi Gülər Əhmədova, məşqçilər Sadıq Hümmətov və Elnur İbrahimovun rəhbərliyi altında həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya – “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar.

Klub rəhbəri Hüseyn Əhmədov məqsədlərinin voleybolun bölgədə populyarlaşması, gələcəkdə isə peşəkar səviyyədə komandanın qurulması olduğunu qeyd edib: “İşin başındayıq. Başlıca məqsədimiz uşaq və gəncləri sağlam həyat tərzinə, idmana yönləndirməkdir. Tovuzada bütün idman növləri üçün böyük potensial və maraq var. Artıq rayonumuzun idman ictimaiyyəti ilə bir neçə görüş keçirmişik. Sevindirici haldır ki, bizim ideyamıza dəstək günü-gündən artır. Qısa müddət ərzində 2 yaş qrupu üzrə komanda formalaşdırdıq. Sıralamıza qoşulmaq istəyənlərin sayı artır. Sevindiricidir ki, qızların da bu idman növünə kifayət qədər marağı var. Qeyd etdiyim kimi, yeni başlamışıq, böyük planlarımız, məqsədlərimiz var. Məqsədlərə çartmaq üçün pillə-pillə irəliləyəcəyik. Tək Tovuz şəhərində yox, bölgəmizdəki bütün şəhər və kəndlərdən olan istedadlı, voleybola marağı olan uşaqları cəlb edəcəyik. Kütləviliyə nail olmağı hədəfləyirik. Düşündüyüz kimi yola davam etsək, yaxın vaxtlarda bunun bəhrəsini görəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol Federasiyasından gələn qonaqlarımız da yaradılan şəraitdən və ən əsası işə yanaşmamızdan çox razı qaldılar”.

Milli komandamızın üzvü Polina Rəhimova da bölgələrdə belə klubların sayının çox olmasının vacibliyindən danışıb: “İlk öncə dəvət üçün təşəkkürümü bildirirəm. İlk dəfədir Tovuzda oluram. Bura çox xoşuma gəldi. Bundan öncə Şəki və Gəncədə oldum. Açığı bölgələrdə potensialın yüksək səviyyədə olduğunu gördükdə yaxşı mənada təəccübləndim. İlk addımlar atılsa da istedadlı uşaqlar, inkişaf üçün böyük perspektiv var. Əgər biz hamımız düzgün yanaşma ilə işimizi görsək yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, növbəti səfərim zamanı burada daha da böyük işlərin həyata keçirildiyinin şahidi olacağam. Özüm Ukraynadan olsam da, mənim həyatıma qatdıqlarına görə hər zaman Azərbaycana minnətdar olacağam. Bunun üçün də voleybolumuzun inkişafında iz qoymaq, tarixin bir parçası olmaq istəyirəm. Yerli voleybolçu cəhətdən çatışmazlıqlarımız var. Bu çox vacib məqamdır. İstərdim ki, milli komandalarımızda yerli voleybolçuların sayı çox olsun və Azərbaycan bayrağı yerli idmançıların əlində beynəlxalq yarışlarda daim zirvələrə qalxsın. Hündürboy insanlarımız, güclü genetikamız var. Sadəcə düzgün seleksiya ilə bölgələrdə olan belə uşaqları tapıb voleybolumuza qazandırmaq üçün səylə çalışmaq lazımdır”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm