Ölkə futbolu
Tovuzdakı qalmaqallı epizod: daha öncə qayda pozulubmuş – VİDEO
“Turan Tovuz” – “Kəpəz” matçının sonluğu dramatik alındı. Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun 90+5-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi cərimə meydançasında “Kəpəz”in oyunçusuna qarşı kobud oynasa da, baş hakim Rəvan Həmzazadə penalti təyin etmədi.
Futbolinfo.az xəbər verir ki, baş hakim VAR hakimlərinin tövsiyəsindən sonra monitorda epizoda baxdı və qərarını dəyişmədi. Bundan sonra epizodla bağlı sosial şəbəkədə müzakirələr başladı. Maraqlıdı ki, penaltiylə bağlı fikirlər haçalandı, hətta sabiq hakimlər belə eyni nəticəyə gələ bilmədi.
Amma sən demə, penaltiyədək başverənlər diqqətlə izlənsəymiş heç bu qərara ehtiyac olmazmış. Cərimə meydançasında “Turan Tovuz”lu oyunçu “Kəpəz”in futbolçusuna qarşı kobud oynayır və buna görə penalti təyin etmək olardı. Lakin epizodun əvvəlini izləyəndə görürük ki, daha öncə “Kəpəz”in oyunçusu ötürməni qaydalardan kənar – qolu ilə edir. Ona görə də “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovun yarımfinala vəsiqə əldə edilmədiyi üçün başqasında günah axtarması yersizdir.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə