Dünya futbolu
“Trabzonspor” ilk yarımfinal oyununda qələbə qazandı
Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Super Liqanın lideri, çempionluğa çox yaxın olan “Trabzonspor” yarımfinalın ilk matçında “Kayserispor”u qəbul edib.
“Medical Park” stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.
Digər yarımfinal matçı sabah “Alanyaspor”la “Sivasspor” arasında baş tutacaq.
Cavab görüşləri 10-11 mayda keçiriləcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var