Bizi izləyin

Ölkə futbolu

Transfer çempionu “Neftçi” – yaydakı səhvləri düzəldərkən…

blank
blank

Qış fasiləsini klublarımız üçün çox da məhsuldar saymaq olmaz. Azərbaycan Premyer Liqası iştirakçıları çox az sayda futbolçunu heyətinə qatıb. Amma dövrələrarası zaman ciddi dəyişikliklər üçün o qədər də uyğun sayılmadığından, prinsipcə, belə də olmalıydı.

Yeni transferlərin ümumi sayı bir o qədər çox deyil. Bununla belə, maraqlı keçidlər var və müqaviləni rəsmiləşənlərdən 11-i debütantdı. “Keşlə”, “Zirə”, “Sabah”, “Qəbələ” və “Səbail”in yeni oyunçu gətirməsi ehtimalı var. Və yəqin ki, onların yeni transferlərini də əsasən debütantlar təşkil edəcək.

“Neftçi”nin bu qış yaxşı işlədiyini deyə bilərik. Klubun yeni idman direktoru Zaur Əzizov baş məşqçi Samir Abasovun yayda buraxdığı səhvləri qismən düzəltdi – həm heyətdə artıq yükə çevrilən əcnəbilərin sayı azaldıldı, həm də sanballı yerli oyunçular gətirildi.

Azər Salahlı müdafiənin cinahıdakı boşluğu doldurmaq üçün nəzərdə tutulubsa, Eddi İsrafilov yarımmüdafiəyə güc qatmalıdı. Gilyerme Pato hələlik sirli qutudu, İvan Brkiçin transferi isə məcburiyyətdən rellaşdırılıb: belə ki, Aqil Məmmədovun zədələnməsindən sonra qapıda ciddi problem yaranmışdı.

Faktiki start heyətinin yarısını yeniləyəcək “Neftçi”nin ən böyük uğuru Azər Əliyevin transfer edilməsidi. 28 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasından gəlib və onun üçün transfer haqqı ödənilməyib. AFFA-nın milli komandaya gətirə bilmədiyi oyunçunun hətta çempionatımızda çıxışa razılıq verməsi böyük suallar doğurur. Deməli, indiyədək bu oyunçu ilə danışıq aparanlar səriştəsiz və bacarıqsız imiş. Əzizov isə Azəri həm milliyə, həm də “Neftçi”yə qazandırdı.

İcarəyə göndərilən Fəhmin Muradbəylidən fərqli olaraq, satıldığı “Olimpiakos”un düşərgəsinə yollanan Mamadu Kane və “Neftçi”yə pul qazandırıb gedən Sabir Buqrin bakılıların əsas itkiləridi. Əvəzində Romen Bask, Harramiz Soares və Xorxe Korrea Abasovun yarıtmaz seleksiya işinin zay məhsulları idi. Onlara layiqli əvəzedicilər gətirildiyini nəzərə alsaq, paytaxt təmsilçisinin gücləndiyini deməliyik. İndi qalır bu futbolçulardan döyüşkən kollektiv yaradıb zirvəyə qalxmaq.

“Qarabağ” da transfer dönəmini uğurlu keçirdi. Polşa “Yagelloniya”sından icarəyə götürülən Luka Quqeşaşvili qapıda yaranmış problemi yoluna qoymaq üçündüsə, Rüstəm Əhmədzadə və Leandro Andrade perspektiv düşünülərək transfer edilib. Ağdamlıların hazırkı heyəti zatən güclüdü, bu oyunçuların gəlişi ilə rəqabət daha da artacaq.

Qurban Qurbanov heyətdən heç kimi kənarlaşdırmağı lazım bilmədi. Yalnız Qaspar Panadero əvəzedici heyətə göndərilib. Əsas komandaya uyğunlaşmayan ispan tezliklə özünə başqa iş yeri tapmalıdı.

Əsas heyətə həsrət qalan Səid Rza və Roman Hüseynovu yola salan “Sumqayıt” da güclənib. Vüqar Bəybalayev, Elşən Abdullayev və Araz Abdullayevi düşərgəsinə gətirən “kimyaçılar” zədəlilərin dönüşü ilə daha zəngin heyətə sahib olub. Debütə hazırlaşan baş məşqçi Aleksey Baqa iranlı Alirza Aliyarini bəyənmədiyindən daha bir mərkəz müdafiəçisi arzusunu təxirə saldı. Ötən mövsüm medal qazanmağı bacaran bu oyunçuları yenidən “kökləmək” mümkün olsa, “Sumqayıt” hazırkı mövqeyini tərk edərək yüksələcək.

“Zirə”nin ən böyük uğuru hazırkı heyətini qorumasıdı. Hamidu Keyta və Brayan Alseusun hansı səviyyəyə malik olduğunu zamanla görəcəyik. “Qartallar” arzuladığı mərkəz müdafiəçisini də tapsa, uzun marafona tab gətirəcək.

Heyəti onsuz da zəngin olan “Sabah” sabitliyə üstünlük verdi. Yalnız vətəninə dönən Saşa Stamenkoviçi başqa bir əcnəbi qapıçıyla – Aleksandr Neçayevlə əvəzləyən Murad Musayevın hazırlıq dövründə komandanı necə komplektləşdirdiyi maraq doğurur. Heyət dəyişməyib, “Sabah” əvvəlki nəticələrindən daha yaxşı göstəricilərlə yadda qalacaqsa, bunu məşqçi işindəki fərqlə əlaqələndirməli olacağıq.

Fəhmin Muradbəylini icarəyə götürən, eləcə də Franko Floresi transfer edən “Keşlə” Nicat Qurbanov, Anatole Abanq, Con Kamara, Omar Qudiabi, Miyusko Boyoviç və Azər Salahlını itirib. Bir ay ərzində yeni futbolçu tapa bilməyən autsayderin bundan sonra atacağı addımlar faydasız olacaq. Toplanış keçməyən legionerlər komandaya uğyunlaşınca 3-cü dövrə də bitəcək, komanda hədəflərindən uzaq qalacaq.

“Qəbələ”ni tərk edən olmayıb, amma Ürfan Abbasovun zədələnəməsi komandaya ciddi təsir göstərəcək. Mövsümü erkən bitirdiyi deyilən müdafiəçinin yoxluğunda baş məşqçi Elmar Baxşıyevin işi asan olmayacaq. Arxa xəttdə sıxıntılar diqqət çəkərkən hücumda işlər yoluna qoyulub. Patrik Robson ansambla tez uyğunlaşsa, komandaya avrokuboka getmək vəzifəsini yerinə yetirməkdə yardım edə bilər.

Premyer Liqanın ən yetim komandası isə yenə “Səbail”di. Hələlik heç bir transfer etməyən autsayder Elşən Abdullayev, Elton Əlibəyli, Kamran Ağayev və Turan Manafovun gedişi ilə xeyli zəifləyib. Yeni transferlər yəqin ki, olacaq. Amma onların gecikməsini, adaptasiyaya zaman itirəcəklərini nəzərə alsaq, Aftandil Hacıyevi yaxşı perspektiv gözləmir.

Yeri gəlmişkən, indiki məqamda klubların yay transferlərini də xatırlamağa ehtiyac var. Klublarımız mövsümün əvvəlində 37 əcnəbi ilə güclənmişdi və onlardan 31-i debutant idi. Bu futbolçulardan 10-u (9-u debütant) artıq yola salınıb. 12 legionerə güvənən “Neftçi”nin bu mövsüm heyətinə qatdığı 6 debütant legionerin yarısını 6 ay bitməmiş yola salması düşündürücüdü.

NEFTÇİ: Romen Bask, Huqo Basto, İvan Korrea, Harramiz Soares, Sezar Meza Kolli, Tiaqo Bezerra, Ramon Maçado.

Bask, Korrea və Soares getdi.

QARABAĞ: Marko Veşoviç, Kadi Borges, Qaspar Panadero, İbrahima Vadji.

Panaderoya klub axtarılır.

SUMQAYIT: Səid Rza.

“Kimyaçılar” Rzanı artıq yola salıb.

ZİRƏ: Loris Broqno, Mohamed Hamdaui, Georgi Stoylov, Santos Velves.

Stoylov hələ çempionatda fasilə yaranmamış yola salınıb, Türkiyə hazırlığına cəlb olunmayan Velves də yol üstədi.

SABAH: Şpiro Perişiç, Coy-Lens Mikels, Xuan Kamara, Petar Skuletiç, Kristian Sebalyos, Mixail Eqremlidze.

Skuletiç mövsümün gedişində vidalaşmağı lazım bildi.

KEŞLƏ: Con Kamara, Sadio Tounkara, Omar Qudiabi, Aldair Neto, Felipe Santos, Merab Qiqauri.

Kamara və Qudiabidən imtina edilib.

QƏBƏLƏ: Kristof Atanqana, Ruan Renato, Fernan Lopes, Omar Hani, İsnik Alimi.

Bütün oyunçular özünü sübut edib və heyətdədi.

SƏBAİL: Camal Araqo, Yurgen Qoxa, Domantas Şimkus, Nikolas Raysel.

Bu futbolçuların özünü doğrultduğunu demək olmur. Sadəcə, yeni transfer mümkün olmadığından klub onları saxlamağa məcburdu. Hətta yaxın günlərdə onlardan hansınınsa ayrılması mümkündü.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-21 23:59

AÇ-də medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Ölkə futbolu2024-05-21 18:16

Bakıda təşkil olunacaq DÇ-2025-in təqdimat mərasimi keçirildi

blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Digər idman növləri2024-05-21 16:50

“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”

blank
Dünya futbolu2024-05-21 16:32

Tuhelin əvəzinə daha bir namizəd

blank
Digər idman növləri2024-05-21 16:15

Məhsuldarlığa görə MBA 1-ci, Avroliqa 9-cu oldu

blank
Ölkə futbolu2024-05-21 16:00

“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov

blank
Digər idman növləri2024-05-21 15:40

Azərbaycan tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

blank
Digər idman növləri2024-05-21 15:21

Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu

blank
Dünya futbolu2024-05-21 15:04

“Sevilya” məşqçisini dəyişəcək

blank
Dünya futbolu2024-05-21 14:49

Emeri İngiltərədə ilin məşqçisi seçildi

blank
Milli komanda2024-05-21 14:35

Millimizin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı

blank
Dünya futbolu2024-05-21 14:17

Potter yenidən “Brayton”da

blank
Ölkə futbolu2024-05-21 14:00

“Bundan sonra iki final oyunumuz var”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm