Dünya futbolu
Transfer rekordu yeniləndi
Dünyanın futbol klubları bir transfer pəncərəsində yeni oyunçuların alınmasına sərf edilən məbləğə görə yeni rekord müəyyənləşdirib. Bu barədə “Transfermarkt” internet portalı məlumat yayıb.
Buna qədər ən çox pul 2019-cu ilin yay transfer pəncərəsi zamanı xərclənmişdi. Həmin yay klublar transferlərə 7,568 milyard avro ödəmişdi. Transfer pəncərəsi yekunlaşmasa da, artıq bu yay xərclənən vəsait 7,63 milyard avroya çatıb.
Belə bir rekord göstəricinin qeydə alınmasının əsas səbəblərindən biri Səudiyyə Ərəbistanı klublarının hiperfəallığıdır. Onlar tərəfindən yeni futbolçuların alqısı üçün artıq 846 milyon avro xərclənib. İngiltərə Premyer Liqası komandaları da yeni futbolçuların alınması üçün xərclərini artırıb. Bu il onların məsrəfi 2,43 milyard avroya çatıb. Bu isə 2019-cu illə müqayisədə 1 milyard avro çoxdur.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza