Dünya futbolu
Tuhel məğlubiyyəti futbolçuların boynuna yıxdı
“Bayern”in baş məşqçisi Tomas Tuhel “Verder”ə məğlub olduqları görüşdən danışıb. Dünən Bundesliqadakı ev matçında gözlənilməz məğlubiyyət alan münhenlilərin çalışdırıcısı narazıdır.
Tuhel “Verder”ə tək qolla məğlub olduqları matçdan sonra deyib: “Yaxşı hazırlaşdığımızı deməyəcəm. Çünki artıq heç kim inanmır. Nə olduğunu futbolçulardan soruşmaq lazımdır. Məğlubiyyətə layiq idik”.
“Bayern” bundesliqada 17 oyundan sonra 41 xalla 2-ci sıradadır. Münhen təmsilçisi lider “Bayer”dən 7 xal geri qalır.