Dünya futbolu
Tuhel Noyerə heyran olub
Tomas Tuhel Manuel Noyerin iradəsinə heyran qalıb. “Bayern”in baş məşqçisi münhenlilərin kapitanının çox ağır zədədən sonra sıraya dönməsinə inana bilmir.
Futbolinfo. az xəbər verir ki, təcrübəli mütəxəssis qapıçının zədəsinin ağırlığı üzündən onun daha gec qayıdacağını gözləyirmiş: “Mənə necə zədələndiyini və həmin an özünü necə pis hiss etdiyini danışanda çoka düşdüm. Bu səviyyədə geri dönəcəyinə qətiyyən inanmırdım. Onun gec də olsa, qayıdacağına ümid edirdim, lakin bu qədər yaxşı olması möcüzədir”.
Tuhel Noyerlə işlədiyi üçün özünü xoşbəxt sayır: “Bizimlə olduğu üçün çox məmnunam. Ağrıları bitdikdən sonra nə qədər səviyyəli qolkiper olduğunu bir daha göstərdi. Qış fasiləsinin ona çox faydası dəydi. Ondan öyrənməyimiz lazım olan çox şey var. Özünü bu şəkildə hazırlamaq bacarığı bir kitabda yazılmayıb. Manuelin belə ağır zədədən sonra geri qayıda bilməsi xarakterinin nümunəsidir”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir