Dünya futbolu
Tuhelin ilk transfer tələbi
Meyson Maunta daha bir müştəri var. “Liverpul”un israrla istədiyi cinah hücumçusuna indi də “Bayern” “elçi düşüb”.
Futbolinfo.az xəbər verir ki, İngiltərə millisinin üzvünün münhenlilərin maraq dairəsinə düşməsi təsadüfi deyil. Yenicə Almaniya klubuna baş məşqçi təyin olunan Tomas Tuhel “zadəganlar”ı çalışdırarkən bu futbolçuya xüsusi münasibət göstərirdi. O, istedadlı oyunçunu yenə sərəncamında görmək istəyir.
24 yaşlı futbolçunun “Çelsi” ilə birillik müqaviləsi qalır. Amma o, London klubunda xoşbəxt deyil və mövsüm bitən kimi ayrılmaqda qərarlıdır. İndiyədək “Liverpul” onun transferi üçün çalışırdı. Almanların yarışa qoşulması ilə vəziyyət dəyişib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın