Dünya futbolu
Türam “Milan” azarkeşlərinə görə narahat deyil
Markus Türam azarkeşi olduğu “Milan”ı yox, eyniadlı şəhərin digər komandası “İnter”i seçməsinin səbəbini açıqlayıb. “Yuventus”dan tanıdığımız Lilian Türamın oğlu bu barədə “Gazzetta dello Sport”a danışıb.
Futbolinfo.az xəbər verir ki, hücumçu “Milan” fanatlarının ona etiraz edəcəyinə əmindir: “Milan” azarkeşləri buna əsəbləşəcək. Amma hər kəs öz seçimini etməlidir. Əsas odur ki, mən bunu niyə etdiyimi bilirəm. Məni fitə basacaqlar, lakin bunun problemi yoxdur. Derbilərdə mütləq məni izləyəcəklər”.
Xatırladaq ki, Türamın “Milan”a keçidi an məsələsi idi. Fransa yığmasının 25 yaşlı oyunçusu azad agent kimi ayrıldığı Münhenqladbax “Borussiya”sından gedərkən seçimini etmişdi. Lakin o, son anda fikrini dəyişib “İnter”lə 5 illik müqavilə bağladı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq