Ölkə futbolu
“Turan Tovuz” daha bir futbolçu ilə razılaşdı
“Turan Tovuz” daha bir futbolçusu ilə ortaq məxrəcə gəlib. Bu mövsümdən komandaya cəlb olunan Ayxan Hüseynov növbəti çempionatda da indiki komandasının şərəfini qoruyacaq.
Futbolinfo.az xəbər verir ki, rəsmi müqavilə qarşıdakı günlərdə imzalanmalıdı. Onunla yanaşı qapıçılar – Kamal Bayramov və Tərlan Əhmədli də yeni anlaşmaya imza atacaq. Daha öncə isə Şəhriyar Əliyevlə müqavilənin müddətinin bir il uzadılması rəsmiləşmişdi.
Ayxana gəlincə, “Sumqayıt”dan təklif alan yarımmüdafiəçi klubunu dəyişməməyə qərar verib. Rusiya vətəndaşı olan 23 yaşlı oyunçu Tovuza “Ximki-2″dən gəlmişdi. “Zenit” yetirməsi daim əsas heyətdə oynamasa da, durumundan məmnundur və inkişaf etmək üçün “Turan Tovuz”un daha uyğun yer olduğunu düşünüb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı