Premyer-liqa
“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı
Misli Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.
Günün ilk oyununda “Turan Tovuz”la “Neftçi” üz-üzə gələcək.
“Səbail” isə uğursuz mövsüm keçirən “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, turun ilk oyununda “Kəpəz” “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlib. “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
24-cü tur
24 fevral
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
Tovuz şəhər stadionu, 15:00
“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Cabarov
“ASCO Arena”, 17:30