Ölkə futbolu
“Turan Tovuz”un futbolçusu iki ölkədən təklif alıb
“Turan Tovuz”un futbolçusu Xulu Siyanda Azərbaycanı tərk edə bilər. Cənubi Afrika yığmasının müdafiəçisi konkret olaraq iki ölkədən təklif alıb.
Futbolinfo.az saytı xəbər verir ki, bunu 31 yaşlı oyunçu özü də ölkəsinin mətbuatına açıqlamasında təsdiqləyib. Müdafiəçi karyerasını Türkiyə və ya Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalını gizlətməyib.
Ancaq Siyanda “Turan Tovuz”a da qapını birdəfəlik bağlamayıb. O, tovuzlularla başa çatan müqaviləni yeniləyə bilər. Siyanda bunu Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirib: “Azərbaycan çempionatında oynayaraq yenidən Cənubi Afrika yığmasına çağırıldım. Rəqabətli liqadır, çox xoşuma gəlir”.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada keçirdiyi 25 oyunda 1 qol vurub.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…