Ölkə futbolu
“Turan Tovuz”dan Şahverdiyevin durumu ilə bağlı açıqlama
“Turan Tovuz”un futbolçusu Ehtiram Şahverdiyev ötən gün Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Neftçi” ilə səfər oyununda zədə almışdı.
Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qarşılaşmanın 58-ci dəqiqəsində ikili mübarizə zamanı ciddi xəsarət aldığı üçün meydanı xərəkdə tərk etmişdi.
Tovuz klubu yarımmüdafiəçinin durumu barədə açıqlama yayıb. Xəbərdə bildirilir ki, Şahverdiyev xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıb. Futbolçu 2 günlük istirahətin ardından komanda ilə məşqlərə qoşulacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə