Dünya futbolu
Turinlilər əsas rəqibinə futbolçu verməyəcək
“Roma” “Yuventus”un futbolçusunu transfer etmək istəyir. ABŞ yığmasının üzvü Uestn Makkenni paytaxt klubunun əsas hədəflərindən biridir.
Futbolinfo.az xəbər verir k, turinlilər də futbolçu ilə vidalaşmaq niyyətindədir. Baş məşqçi Massimiliano Alleqri “Lids”dən icarədən qayıdan 24 yaşlı yarımmüdafiəçini sərəncamında görmək istəmir. Lakin “Qoca Sinyora” onu məhz əsas rəqiblərindən birinə vermək niyyətində deyil.
“Roma”nın təklif edəcəyi məbləğ də “Yuventus”u maraqlandırmır. Turinlilər Çempionlar Liqasına vəsqə uğrunda əsas rəqiblərindən biri ilə əməkdaşlıq niyyətində deyil, futbolçuya Almaniyadan gələn təkliflərdən birinə “hə” deyiləcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü