Dünya futbolu
Türk Çempionlar Liqası yaradılır?
“Fənərbağça” Türkiyə Superliqasında iştirakdan imtina etsə, yeni liqa yarana bilər.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, türkdilli dövlətlərin klublarının iştirakı ilə çempionatın yaradılması variantı təklif edilib.
Bu ehtimal özünü doğrultsa, Türkiyədən “Fənərbağça” həmin yarışda qüvvəsini sınayacaq. Məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın da bəzi klubları həmin liqada çıxış etməkdə maraqlıdırlar. Ənənəvi təşkili planlaşdırılan turnirin adı Türk Çempionlar Liqası ola bilər.
Qeyd edək ki, Türkiyə Superliqasının 30-cu turunda keçirilən “Trabzonspor” – “Fənərbağça” (2:3) oyunundan sonra meydan sahiblərinin azarkeşləri ilə qonaqların futbolçuları arasında əlbəyaxa dava düşüb. Buna görə İstanbul klubunun bir neçə oyunçusunun cəzalandırılması gözlənilir.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Müsahibə2024-04-11 13:00
İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”