Dünya futbolu
Türkiyəli futbolçu millimizdən imtina etdi
Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan milli komandasında oynamaqdan imtina edib.
Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatına açıqlama verən 25 yaşlı yarımmüdafiəçi, ölkəsinin yığmasında oynamaq istədiyini deyib:
“Hər futbolçunun milli komanda hədəfi var. Türkiyə millisində oynamaq istəyirəm. Bu mövsüm Azərbaycandan təklif aldım, ancaq Türkiyə yığmasında oynamaq istəyirəm. Hər türk gənci kimi millidə çıxış etmək istəyirəm. Buna yaxınlaşmışam, bu performansımı davam etdirsəm, milliyə dəvət almağı gözləyəcəm”.
“Kayserispor”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir. Super Liqa klubunu hazırda Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Robert Prosineçki çalışdırır.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq