Digər idman növləri
Türkiyə çempionundan gözlənilməz məğlubiyyət
Dünən qadınlar arasında Çempionlar Liqasının ilk 1/4 final oyunu keçirilib. Türkiyənin “Fənərbağça” komandası Almaniyada “Ştutqart”ın qonağı olub. Ştutqart voleybolçuları doğma meydançada gözlənilmədən İstanbul təmsilçisini məğlub edib. Görüş 3:2 (22:25, 26:24, 19:25, 25:20, 15:10) hesabı ilə başa çatıb.
Matçın ən məhsuldar oyunçusu “Fənərbağça”nın rusiyalı voleybolçusu Arina Fedorovtseva olub. Onun aktivində 31 xal var. Voleybolçu onlardan 26-sını hücumda, birini blokda, dördünü isə servislərdən qazanıb. Ştutqart komandasının heyətində Kristal Rivers 23 xal toplayıb və matçın MVP-si seçilib.
Komandalar arasında cavab oyunu çərşənbə günü, fevralın 28-də “Fənərbağça”nın meydançasında keçiriləcək.