Digər idman növləri
Türkiyə millisinin üzvü Rusiyada soyuqdan gileylənir
Türkiyə milli komandasının üzvü Ebrar Karakurt Rusiyadakı həyatından söhbət açıb. Voleybolçu hazırda Kalininqradın “Lokomotiv” komandasında çıxış edir.
“İstiqanlı azarkeşlərin sayəsində özümü evdəki kimi hiss etdim. Gəldiyim günlərdə yaşadığım şok havanın soyuqluğu və səfər görüşlərniə yollanarkən məsafənin böyüklüyü ilə əlaqədar idi”, – deyə Karakurt Rusiya mətbuatına müsahibəsində qeyd edib.
Xatırladaq ki, Ebrar bu il Türkiyə millisinin heyətində Millətlər Liqasının qalibi olub. 2018-ci ildə isə o, “Vakıfbank”la birlikdə Çempionlar Liqasını qazanıb. Çıxış etdiyi “Lokomotiv” komandası hazırda Rusiya çempionatında 5-ci pillədədir.