Ölkə futbolu
Türkiyədə “Neftçi” səfərbərliyi
Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” Bakıdakı qarşılaşmaya ciddi hazırlaşır. İstanbul təmsilçisi ilk olaraq rəqibi təhlil etmək prosesinə start verib. Bunun üçün baş məşqçi Fatih Terim köməkçilərini təlimatlandırıb.
Məlumatda bildirilir ki, təcrübəli mütəxəssis sürpriz nəticə olmasını istəmir və bu üzdən köməkçilərinə “Neftçi”ni təhlil etməyi tapşırıb. Bakı təmsilçisi ilə bağlı təhlil raportu hazır olduqdan sonra Terim futbolçulara məsləhətlərini verəcək.
Ümumiyyətlə, Türkiyədə “Neftçi” ilə matç geniş müzakirə olunur. Qardaş ölkənin tanınmış futbol yazarı Ahmet Çakır oyunu dəyərləndirərkən bunları deyib: “Futbolda rəqibi alçaltmaq yoxdur. Vaxtı ilə “Ostersun” və “Tromse” faciələri yaşanıb. Bu halda hansı rəqibə saymamazlıq etmək olar?”
İdman yazarı rahatçılığın “Qalatasaray”a baha başa gəlməsindən narahatlığını vurğulayıb: “Neftçi” pandemiyanın yaratdığı fasilədən sonra “Cim-Bom”un çöküşünü başladan “Rizəspor”un etdiyini təkrarlaya bilər. Bununla yanaşı, uzun illər əvvəl “Qalatasaray” heç kimin gözləmədiyi halda “Mançester Yunayted” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıbsa, “Neftçi”nin də buna şansı var. Əgər bu şeylər düşünülməsə, Bakı klubu daha bir utancverici hadisəni tariximizə yazacaq. Rəqibin bu cür uğurlara ac olması onlar üçün böyük motivasiyadır. “Qalatasaray” mövsümə tam hazır olmadığından, onların istəyi reallaşa bilər”.
Sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” qarşılaşması saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”