Ölkə futbolu
Cengiz Ündər Bakıya səfərdən danışdı
Marsel “Olimpik”inin (Fransa) türkiyəli yarımmüdafiəçisi Cengiz Ündər Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri cavab oyunu barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu Fransa mətbuatına açıqlamasında Bakıya səyahətin uzun olduğunu bildirib:
“Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi. Ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz – İsveçrə “Bazel”i yaxşı komandadır. Amma bu oyunlaradək Liqa 1-də daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir”.
Marsel klubu “Qarabağ”a ümumilikdə 6:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə