Dünya futbolu
UEFA Almaniya klubunu cəzalandırdı
UEFA Almaniyanın “Union Berlin” klubunu cəzalandırıb.
Futbolinfo.az xəbər verir ki, buna Avropa Konfrans Liqası çərçivəsində İsrailin “Makkabi” (Hayfa) komandası ilə ev oyununda baş verənlər səbəb olub.
Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, hüquq-mühafizə orqanları İsrail bayrağının yandırılmasının qarşısını alıblar.
Avropa futbol qurumunun qərarına əsasən, Almaniya klubunun növbəti ev oyununda tribunalar qismən qapadılacaq. Stadionun 13 və 14-cü sektorları bağlanacaq və burada UEFAnın loqosu olan “No Racism” pankartı yerləşdirəcək.
Sözügedən oyun “Union Berlin”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”