Dünya futbolu
UEFA avrokuboklarla bağlı yekun qərarını açıqladı
UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib.
Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Çünki bu komandaların ilk oyunu da baş tutmayıb.
Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.
Qərarda o da bildirilir ki, qalan bütün qarşılaşmalar azarkeşsiz oynanılacaq. Mövsümün geridə qalan hissəsində olduğu kimi, bundan sonrakı qarşılaşmalarda da VAR sistemindən istifadə olunacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib