Dünya futbolu
UEFA-dan “Ayaks”ın qapıçısına 1 illik cəza
Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana cəzalandırılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qapıçı antidopinq qaydalarını pozduğu üçün UEFA tərəfindən bir illik diskvalifikasiya olunub. Oktyabrın 30-da qapıçıdan götürülmüş sidik nümunəsində furosemid aşkarlanıb. Onananın cəzası bu gündən qüvvədədir. Bu cəza həm klub, həm də milli səviyyəsindəki yarışlara şamil olunub.
“Barselona”nın yetirməsi olan Onana 2016-cı ildən “Ayaks”da çıxış edir. Qapıçı Kamerun millisinin də formasını geyinir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə