Bizi izləyin

Ölkə futbolu

“Mənfi gedişatı müsbətə çevirməyə nail olmuşuq” – UEFA nə qərar verəcək?

blank

“Qarabağ” problemi ilə baş-başa qalıb. “Mölde”nin təxribatından sonra yaranan əngəli yoluna qoymaq üçün Ağdam klubu faktiki tək mübarizə aparır.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Norveç təmsilçisi sentyabrın 16-dakı oyun üçün Bakıya gəlmək istəmir. “Molde” öz ölkəsindəki sərt karantin rejimini bəhanə edərək oyunun neytral meydanda – Macarıstanda baş tutmasını istəyir. “Qarabağ”a müraciətinə mənfi cavab alan rəqib komanda indi UEFA-ya üz tutub. Onlar qitə futbol qurumunun püşkün nəticəsini dəyişməsinə ümid edir.

Norveçlilər Azərbaycandan qayıtdıqdan sonra bir müddət – 10-14 gün karantində qalmalı olacaqlarını əsas gətirir. Norveç qanunlarına görə, bir sıra ölkələrə gedənlər dönüşdə bu proseduru keçməlidi. Məhz bu səbəbdən onlar eyni qaydanın tətbiq edilmədiyi Macarıstanı görüş yeri kimi sifariş edir. Sözügedən ölkəyə səfərdən sonra “Mölde”ni eyni karantin şərtləri gözləmir.

Amma iş ondadı ki, bu, norveçlilərin problemidi. Bu ölkədə qanunlar fərqlidisə, əziyyəti “Qarabağ” çəkməməlidi. Klub rəsmiləri də neçə gündü reallığı həm rəqibə, həm də UEFA-ya başa salmaqla məşğuldu. Haqlı olduğu halda əlavə əziyyətə düşən, gecəni gündüzə qatan klub rəhbərliyinin döymədiyi qapı qalmayıb. Və deyəsən, nəhayət, istəmədən düşdüyümüz tunelin sonunda işıq görünməyə başlayıb. Hələ yekun qərarın verilməməsi, prosesin uzanması, keçi inadına düşüb güzəştə getməyən norveçlilərin dövlət rəhbərliyinə UEFA-nın məktub ünvanlaması xoş xəbərə ümidi artırır.

UEFA problemin yarandığı ilk günlərdə “Mölde”nin xeyrinə qərar verməyə hazırlaşırdı. Matçın oyunlar siyahısından çıxarılması yeni qərar olacağına xəbərdarlıq idi. Bugünədək də “Qarabağ” – “Mölde” matçının yeri və tarixi ilə bağlı afişa rəsmi saytda yoxdu. Amma klub rəhbərliyinin məqsədyönlü işi nəticəsində vəziyyət dəyişib. Düzdü, hələ püşkün nəticəsi kimi komandaların Bakıda oynayacağı dəqiqləşməyib, amma neytral meydanla bağlı qərar da yoxdu. Bu, uzun sürən danışıqların, müzakirələrin, ağdamlıların təqdim etdiyi əsaslandırılmış faktların nəticəsidi.

“Qarabağ”ın baş meneceri Asif Əsgərova müraciət edib, prosesin gedişi ilə maraqlandıq. O, detallara varmamağa çalışdı, danışıqları gizli saxlamağı, qərar çıxdıqdan ətraflı məlumat verməyi üstün tutdu. Bununla belə, dediyinə görə, tərəflər dünən də arqumentləri ilə özünü müdafiə etməyə, daha düzgün mövqedə olduqlarını sübut etməyə çalışıb: “UEFA-yla, “Mölde”nin nümayəndələri ilə mütəmadi yazışırıq. Qitə futbol qurumu hələ qərar verməyib, mənfi gedişatı müəyyən mənada müsbətə çevirməyə nail olmuşuq. Həddən artıq güclü arqumentlərlə çıxış edirik. Ədalətli olsalar, ikili standartlar olmasa, prosesdə biz udmalıyıq”.

Norveç tərəfi pandemiyanın yaratdığı problemlərə görə hazırlanan yeni qaydalarda bir məqamı əsas götürürmüş: “Orada axırıncı bənddə belə bir şey var ki, qonaq komandanın səfərində, gəlməsində və ya qayıtmasında problem varsa, meydan sahibi güzəşt edərək neytral meydana getməlidi. “Mölde” bunu əsas götürüb UEFA-ya müraciət etmişdi ki, Norveçə qayıdanda 14 gün karantində qalacaqlar. Norveçdə cəmi 8 ölkəyə gedib-qayıdarkən karantin qaydası tətbiq edilmir. Biz əks arqument kimi Millətlər Liqasının oyunlarını göstərdik. Çünki Avstriya millisi həmin 8 ölkədən biri deyil və Norveçə səfər edəcək. Heç bir istisna mümkün deyilsə, yığmaların matçı necə baş tutacaq? Eyni səbəb Şimali İrlandiya səfərindən sonra da aktual olmalıdı. Amma Norveç yığması bu rəqiblə görüşdən sonra da karantinə alınmayacaq. Milli komandaya istisna varsa, “Mölde”yə də olmalıdı. Bundan başqa, nümunə olaraq göstərdik ki, Hollandiya hökuməti UEFA-ya hörmət əlaməti olaraq “Alkmaar”ın Kiyevə səfərinə imkan yaratdı, bu klubun oyunçuları üçün istisnaya əl atdı, onlar Ukraynadan qayıtdıqdan sonra karantinə alınmayacaq”.

Maraqlıdı ki, rəqib klubun nümayəndələri ağdamlıların əsaslı dəlillərindən sonra başqa bəhanəyə əl atıb. Onlar Norveç hökumətinin qərarına əsasən, Avropa Birliyi sərhədlərindən kənara çıxa bilməyəcəklərini deyib: “Belədə futbolu siyasətə qatmamağı məsləhət gördük. UEFA bu birliyə daxil olanlara və olmayanlara bölünmür. 55 üzv bərabərhüquqludu”.

Bütün bunlardan sonra UEFA istiqaməti Norveçin üzərinə yönəldib. Qurum dövlətin istisna kimi “Mölde”yə güzəşt etməsini, Azərbaycana gəlib-qayıtmasına icazə verməsini xahiş edib. Hollandiya nümunəsi də misal kimi göstərilib: “Biz neytral meydanda oynamağa razılaşar, UEFA-nın təlimatındakı məlum bəndə hörmətlə yanaşardıq, o halda ki, hər kəsə eyni ədalətlə yanaşılsın. Yoxsa ki, norveçlilər öz ölkəsinə istisna hal kimi Avstriya millisinin karantisiz girməsinə, özlərinin Şimali İrlandiyaya problemsiz gedib-qayıtmasına icazə verir, Azərbaycanla bağlı fərqli davranırlar. Hamımız bərabərhüquqlu UEFA üzvüyüksə, o zaman ədalət hanı?”

Əsgərovun dediyinə görə, UEFA-yla, qarşı tərəflə yazışmalarda bu tipli xeyli dəlil göstəriblər. Və məsələ təkcə yazışmalarla bitməyib, müxtəlif danışıqlar, müraciətlər olub, fərqli insanlar prosesə qoşulub. İndi yekun qərar gözlənilir və UEFA-nın Norveç hökumətinə rəsmi məktub göndərməsini nəzərə alsaq, müsbət sonluğa ümid artıb.

“Qarabağ” – “Mölde” matçının UEFA-nın rəsmi saytında oyun siyahısından çıxarılmasına gəlincə, Asif bəy bundan narahat deyil: “Omoniya” – “Srvena Zvezda” qarşılaşması ilə də bağlı problem vardı. Kiprlilər matçın başlama saatını 18.00-a salmaq istəyirdi, serblər 21.00-ı istəyirdi. Sonradan 19.00-a razılaşdılar, oyun yenidən qurumun saytında siyahıya salındı. Yer, saat dəqiq bəlli olmayanda UEFA belə edir”.

Təbii ki, yekun qərar vermədən rahatlaşmaq mümkün deyil. Norveçlilərin təxribatından sonra UEFA da ehtiyatlı davranmağa, bütün incəlikləri nəzərə almağa, yarışla bağlı hər hansı problem çıxmaması üçün hansasa tərəfi razı salan yox, lazım bildiyi qərarı çıxarmağa məcburdu. Amma ümid verən fakt odur ki, artıq bir komandanın oxşar iddiası rədd edilib. Belə ki, “Qarabağ”ın potensial rəqiblərinin görüşüylə bağlı da eyni hal yaşanırmış. Zaqreb “Dinamo”su eyni səbəbdən Macarıstana getməyib, “Ferentsvaroş”la başqa ölkədə oynamağı istəyirmiş. Lakin müvafiq yazışmalardan, dəlillərin üzləşdirilməsindən sonra xorvatların istəyi geri çevrilib.

Məkanla bağlı meydanətrafı oyunların “Qarabağ”ın ümumi durumuna təsir göstərməyəcəyinə ümid edirik. Matçın harada keçirilməsindən asılı olmayaraq, “Mölde”ni yenmək lazımdı – bu qarşılaşmanın nəticəsi çox önəmlidi. Əhvalı korlamadan oyuna köklənmək, həm turnir maraqları, həm də maddi gəlirlər baxımından vacib olan hədəfə çatmaq, pley-offa yüksəlmək lazımdı.

Təəssüf ki, “Qarabağ” bu məsələdə tək mübarizə aparır. Bu komandanın hansı adı daşıdığını, ölkəmizin təkcə idman şərəfini qorumadığını unudanlar, yardımını əsirgəyənlər var. Ağdam təmsilçisinin haqlı mübarizəsində dəstəyə ehtiyacı yoxdu, bacarıqlı rəhbərləri, səriştəli, peşəkar mütəxəssisləri var. Amma yenə də idmana bağlı dövlət qurumlarının, AFFA-nın dəstəyini hiss etmək xoş olardı.

AFFA bu məsələdə müşahidəçi qismində olmamalıdı. Qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov oyunun Bakıda keçirilməsini arzulayır, klubun danışıqlarından, yazışmalarından xəbərdardı, Əsgərovun dediyinə görə, şəxsi əlaqələrindən istifadə edir. Amma bu, azdı – Məmmədov Gəncəyə, Tovuza, İmişliyə getməsə də, İsveçrəyə hər ay gedir. Elə indi də həqiqətən bu qurumda müəyyən nüfuz sahibidisə, gedib UEFA-nın qərargahında yatmalı, problemi həll etməlidi.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-05-05 19:03

“Sabah” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm