Dünya futbolu
UEFA Marsel “Olimpik”ini növbəti dəfə cəzalandırdı
UEFA Fransanın “Olimpik” (Marsel) klubunu cəzalandırıb.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Marsel təmsilçisinin azarkeşlərinin Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində PAOK-la ev oyunundakı (2:1) davranışları səbəb olub.
Fanatların matçdan öncə rəqib komandanın tərəfdarlarına hücum etməsi, oyun vaxtı isə tribunada fişəng yandırması və meydana yad əşyalar atması klubun 98 000 avro cərimələnməsi ilə nəticələnib. Bundan başqa, UEFA priotexniki vasitələrin istifadə olunduğu tribunaların bağlanmasına qərar verib.
Xatırladaq ki, Fransa klubu bu mövsüm “Qarabağ”a qarşı pley-off və İsveçrə “Bazel”i ilə 1/8 final mərhələsinin ev oyunlarından sonra da analoji hadisələrə görə cərimə ödəmək məcburiyyətində qalmışdı.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…