Dünya futbolu
UEFA mövsümün ən yaxşılarını açıqladı
Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün ən yaxşı oyunçuları müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, nominasiyaların qalibləri 2020/21 mövsümünün qrup mərhələsinin püşkatması zamanı açıqlanıb.
Almaniya “Bavariya”sından qapıçı Manuel Noyer, müdafiəçi Yozua Kimmix öz mövqeləri üzrə bütün rəqiblərini qabaqlayıblar. İngiltərə “Mançester Siti”sində çıxış edən Kevin De Breyne ən yaxşı yarımmüdafiəçi adına layiq görülüb.
“Bavariya”dan Robert Levandovski mövsümün hücumçusu seçilib.
Almaniya “Bavariya”sından Robert Levandovski ən yaxşı futbolçu, Hans Flik isə ən yaxşı baş məşqçi adına layiq görülüblər.
Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasının finalında Fransa PSJ-sini 1:0, UEFA Super Kubokunda isə İspaniya “Sevilya”sını 2:1 hesabı ilə məğlub edib.
Ən yaxşı qapıçı: Manuel Noyer (Bavariya)
Ən yaxşı müdafiəçi: Yozua Kimmix (Bavariya)
Ən yaxşı yarımmüdafiəçi: Kevin de Breyne (Mançester Siti)
Ən yaxşı hücumçu: Robert Levandovski (Bavariya)
Mövsümün ən yaxşı oyunçusu: Robert Levandovski (Bavariya)
Mövsümün ən yaxşı baş məşqçisi: Hansi Flik (Bavariya)
Qadın futbolçular arasında qaliblər
Ən yaxşı qapıçı: Sara Buhaddi (“Olimpik”, Lion)
Ən yaxşı müdafiəçi: Vendi Renar (“Olimpik”, Lion)
Ən yaxşı yarımmüdafiəçi: Cenifer Marojan (“Olimpik”, Lion)
Ən yaxşı hücumçu: Pernille Harder (“Volfsburq”/“Çelsi”)
Mövsümün ən yaxşı oyunçusu: Pernille Harder (“Volfsburq”/“Çelsi”)
Mövsümün ən yaxşı baş məşqçisi: Jan Lük Vasser (“Olimpik”, Lion)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”