Bizi izləyin

Ölkə futbolu

UEFA-nın “Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqaziddi” – Türkiyəli vəkil

blank
blank

2020-ci ilin son iki rübündə “Qarabağ”ın UEFA ilə problemlərinə şahid olduq. Həm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə matçın neytral meydana salınmasında, həm klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Bərdə hadisəsindən sonra yazdığı posta görə cəzalanmasında, həm də Avropa Liqasının qrupunda “Vilyarreal”la qarşılaşmaya görə texniki məğlubiyyət verilməsində Avropanın ali futbol qurumu Ağdam təmsilçisinin xeyrinə olmayan qərarlar verdi. Birinci və sonuncu məsələnin nəticəsinin dəyişmək ehtimalı olmasa da, İbrahimov probleminə görə mübarizə davam edir. Düzdü, Nurlan bəyin vəkili Fərid Haqverdiyev “Futbol+”ə müsahibəsində UEFA-nın apellyasiya məhkəməsinə müraciəti qəbul etmədiyini bildirsə də, proses davam edir.

UEFA mətbuat katibinin yazdığı posta görə klubu da 100 min avro cərimələyib. “Köhlən atlar” bu cəzanın ləğvi üçün çalışır. Bu məsələdə Ağdam təmsilçisinin hüquqlarını türkiyəli vəkil Qayə Qürur Günal müdafiə edir. Prosesin hansı mərhələdə olduğunu öyrənmək, “Qarabağ”ın və Nurlan İbrahimovun cəzalarının ləğvinin mümkün olub-olmaması ilə bağlı tanınmış hüquqşünasla əlaqə saxladıq.

  • Qayə xanım, necəsiz? Yeni iliniz mübarək. Ümid edirik ki, bayram günlərində sizdən sevindirici xəbərlər eşidərik.
  • Təşəkkür edirəm. Sizinlə bahəm. Əlimizdən gələni edirik ki, haqlı davamızda qalib gələk. Bütün Azərbaycan xalqını və “Qarabağ”sevərləri sevindirək.
  • “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov “feysbuk”dakı paylaşımına görə futboldan ömürlük uzaqlaşdırılıb və Ağdam təmislçisi 100 min avro cərimə olunub. Bundan sonra klub apellyasiya şikayəti verib. Hazırda proses nə yerdədi?
  • Əvvəlcə Nurlan bəyə və “Qarabağ”a verilən qərarla bağlı UEFA apellyasiya məhkəməsinə müraciət etdik. Hazırda bu məsələnin sənədləri qurumda incələnir. UEFA-nın Nurlan bəyin “feysbuk” üzərindən etdiyi paylaşımla bağlı “Qarabağ”a verdiyi maliyyə cəzası tam hüquqaziddi. Şəxsi fikirlərə görə klubun cəzalandırılması mümkün olmadığı kimi, futbolla əlaqəli də heç nə yoxdu. Həmin proses nə hansısa qarşılaşma əsnasında, nə də stadionda baş verib. “Qarabağ”a aidiyyatı belə yoxdu. Klub işçisinin idman və əsasən də futbol ilə heç bir əlaqəsi olmayan şəxsi fikirləri, sadəcə, özünə aiddi.
  • UEFA Nurlan İbrahimovun şikayətini qəbul etməyib. O və vəkili CAS-a müraciət edib. Sizcə, “Qarabağ”ın sabiq mətbuat katibinin cəzası ləğv oluna bilərmi?
  • UEFA-nın öz təlimatlarında yer alan qərarlarda açıq şəkildə qeyd olunub ki, qurum ancaq Avropa futbolu ilə əlaqəli olan, özünün təşkil etdiyi yarışlar zamanı baş verən proseslərlə bağlı söz sahibidi. Bu məsələnin də yuxarıda qeyd olunanlara aidiyyatı yoxdu. CAS-ın qərarlarına əsasən ölkədaxili idman yarğılanması aparılmalıdı və bunu etmək hüququ olan tək qurum Azərbaycan Futbol Federasiyaları Assosasiyasıdı. UEFA-nın ölkədaxili qərar vermək hüququnu yox sayaraq, hadisədən 2 gün sonra, federasiyaya heç bir xəbərdarlıq etmədən araşdırma başlamasının özü belə hüququn tapdalanmasıdı.
  • UEFA-nın “Qarabağ”a kəsdiyi pul cəriməsi ləğv edilə və ya azaldıla bilərmi?
  • Bilirsiz ki, ötən günlərdə Çempionlar Liqasının PSJ – “İstanbul BŞ” qarşılaşmasında rumın hakim irqçilik etmişdi. Bu məsələni “Qarabağ”ın problemi ilə eyniləşdirsək, UEFA öz hakimini qurumun təşkil etdiyi yarış zamanı etdiyi hərəkətə görə cəzalandırmalıdı. Ya da Rumıniya Futbol Federasiyasına cəza verməlidi. Bunu etmədiyinə görə UEFA-nın “Qarabağ” haqda verdiyi qərarın hüquqazidd olduğu açıq şəkildə görünür.
  • UEFA-nın Nurlan İbrahimovun paylaşımına görə həm klubu, həm də onun özünü cəzalandırması doğrudumu?
  • “Mançester Yunayted”in futbolçusu Edison Kavani də sosial şəbəkədə irqçi paylaşım etmişdi. UEFA ancaq uruqvaylı futbolçunu cəzalandırdı. Bu qərarı da nəzərə alsaq, Avropanın ali futbol qurumunun “Qarabağ”a münasibətdə haqsız olduğunu və ikili standarlara yol verdiyini açıq-aydın görərik.
  • Qayə xanım, “İnter”lə yaşanan problemdən sonra “Qarabağ”la bağlı məsələlərdən kənarda qalmışdız. İndiki problem üçün klub sizə müraciət etdi, yoxsa siz öz köməyinizi təklif etdiz?
  • Mən “Qarabağ”dan heç vaxt ayrılmamışam. Klubun UEFA və CAS-dakı işlərinə baxıram.
  • Türkiyədə CAS-dakı problemlərlə bağlı ixtisaslaşmış şəxs varmı? Varsa, ondan kömək almısızmı?
  • Deyəsən, məsələ ilə bağlı dolğun məlumatınız yoxdu. Mən İdman Hüququ mövzusunda dərs deyirəm. Beləliklə, öz məhkəmə işlərimdə kiminsə köməyinə ehtiyacım yoxdu.
  • Klubdan bizə verilən məlumata görə, məsələ ilə iki türkiyəli vəkil maraqlanır. Biri sizsizsə, digəri kimdi?
  • Bu məsələ ilə ancaq mən məşğul oluram. Digəri şirkətimin əməkdaşıdı. “Qarabağ”ın hüquqşunası olmağım gizli məsələ deyil. “İnter”lə oyun zamanı da belə idi, indi də. UEFA-nın “Qarabağ”a 100 min avro cərimə kəsməsi ilə bağlı apellyasiya müraciəti etmişik. Hazırda qurumdan cavab gözləyirəm. Onlar bizə məlumat verən kimi sizi də xəbərdar edəcəyik.
  • “Qarabağ” nədən Nurlan İbrahimovun da müdafiə olunaması üçün sizi məsləhət bilmədi?
  • Bu, klubla danışacağınız məsələdi. Mən, sadəcə, hüquq haqda danışa bilərəm. Şou xarakterli suallara cavab verə bilməyəcəm. Hüquqi qərar veriləndə sizə məlumat verəcəm.
  • Gəlin, hüquqi prosedur haqda danışaq. Bu problemlə oxşar bir hadisə yaşanıb. Fələstin Futbol Federasiyasının prezidenti Cibril Rajub 2019-cu ilin iyulunda FIFA tərəfindən birilliyə futboldan uzaqlaşdırılıb və onun rəhbərlik etdiyi quruma pul cəriməsi kəsilib. İsrail – Argentina matçı Qüdsdə keçirildiyinə görə Rajub həmyerlilərinə “gəlin, Messinin formalarını yandıraq”, – deyə müraciət etmişdi. FIFA onu irqçiliyi və şiddəti dəstəkləyən fikirlərinə görə cəzalandırmışdı. Fələstin Futbol Federasiyasının rəhbəri də bu səbəbdən CAS-a müraciət etmişdi. Lakin qurum onun şikayətini təmin etmədi. Rajub ilə Nurlan İbrahimovun cəzalandığı maddə eynidi. CAS bu məsələdə FIFA-nın tərəfində durubsa, indi “Qarabağ”ın müraciətini qəbul edərmi?
  • Biz özümüzü müdafiə etmək üçün bütün lazımi sənədləri göndərdik. Haqlı olduğumuza şübhə etdiyimiz heç bir məhkəməyə baş vurmuruq. “Qarabağ”ın haqlı və kluba verilən cərimənin haqsız olduğuna əminik. Bu səbəbdən də sona qədər özümüzü müdafiə edəcəyik. Məhkəmənin nəticəsini qərar açıqlananda sizinlə detallı bölüşəcəyik.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm