Dünya futbolu
UEFA Polşa klubunu cərimələdi
UEFA Polşanın “Legiya” klubunu 100000 avro cərimələyib. Buna İngiltərədə “Aston Villa”ya qarşı Konfrans Liqasının qrup mərhələsinin oyununda baş verənlər səbəb olub.
“Legiya” fanatları həmin qarşılaşmada iğtişaşlar törədib, meydana əşyalar atıb və pirotexniki vasitələrdən istifadə ediblər.
Tərəfdarlar komandalarının səfərdəki növbəti 5 matçında da iştirak edə bilməyəcəklər. Bundan əlavə, Polşa klubu stadionda sınmış məhəccərlərin, işıq dirəyinin bərpası üçün “Aston Villa”ya ödəniş etməlidir.
Qeyd edək ki, qarşılaşma “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…