Bizi izləyin

Milli komanda

Uğura gedən yol: məşqçinin milliyyəti nə dərəcədə önəmlidir?

blank
blank

Millimiz yenə ənənəsinə sadiq qaldı. Böyük turnirlərin seçmə mərhələsində həmişə autsayderlərdən olan komandamız bu dəfə də heç kimi təəccübləndirmədi.

Komandamızın suyunun rəqiblər tərəfindən süzüləcəyini gözlədiyimizə görə başımıza gələnləri normal qarşıladıq. Bəlkə də bu, doğru ifadə deyil. Çünki 7-dən 77-yə hamı komandanın uğursuzluğunu problemə çevirdi. Amma bu heç də “biz daha yaxşı nəticə gözləyirdik, niyə belə oldu” söhbətinə görə deyil. Heç kim millimizdən Belçika, Avstriya və İsveçin əhatəsindən çıxıb final mərhələsinə yollanacağını gözləmirdi. Sadəcə, bizi yandıran sonda uğursuzluqla üzləşəcəyimizi bildiyimiz halda əcnəbi mütəxəssisləri bura gətirməyimizdir.

Təbii ki, nə bu sətirləri yazan, nə də bunu oxuyan sadiq futbol həvəskarları əcnəbi məşqçiləri bura dəvət etmir. “Biz” deyəndə futbolumuzu uzun illərdir məhv edən AFFA rəsmilərini nəzərdə tuturuq. Yəni, onlar özləri də yaxşı bilir ki, bünövrə sağlam deyilsə, əcnəbi mütəxəssis komandanı bataqlıqdan çıxara bilməyəcək. Bu gün Canni de Byazi orada-burada Azərbaycan futbolunun inkişafı üçün işlər gördüyündən ağızdolusu danışır. Amma fakt bu ölkədə heç bir futbol azarkeşi çörəyi qulağına yemir. Yəni, sən bu gün motivasiyasız İsveç yığması üzərində 3:0 hesablı qələbəni gözümüzə soxursansa, qrupda 7 xal toplamağımızı inkişaf hesab edirsənsə, onda biz 9 xal toplayan Berti Foqtsa, millimizə 10 xal qazandıran Robert Prosineçkiyə heykəl ucaltmalıyıq. Yəni, sən bu seçmə mərhələdəki 7 xaldan danışırsansa, DÇ-nin təsnifat mərhələsində 1 xal topladığımızı niyə yada salmırsan? Halbuki, həmin Lüksemburq hazırda Millətlər Liqasından Avropa Çempionatına yollana bilər.

Ola bilər, de Byazi Millətlər Liqasında qrupda 10 xal yığmağımızı gözə soxur. İndi guya biz Slovakiya yığmasından üstün olmuşuq. Amma görünən odur ki, slovaklar bu seçmə mərhələdə birbaşa Avropa Çempionatına yollandılar. Qazaxıstan isə qrupu bizdən öndə başa vurub yarımfinalı gözləyir. Bir sözlə, gözə kül üfürməklə məşğul olan italyan bunlara inanacağımızı hesab edir.

Əslində, bu komandaların adlarını əbəs yerə çəkmədik. Nə səbəbdəndirsə, Azərbaycan millisinin sabiq baş məşqçisi Qazaxıstan və Lüksemburq yığmalarından niyə geri qaldığımız haqda danışmaq istəmir. Halbuki, dəfələrlə olub ki, həmkarlarımız oyundan əvvəl və ya sonra təşkil olunan mətbuat konfranslarında de Byazinin yadına Lüksemburq və Qazaxıstan yığmalarını salıb. Həmin anda Canni əsəbindən partlayaraq dəxlisiz cavablar verib. Gah bizim daha çətin qrupda düşdüyümüzü bildirib, gah jurnalistləri naşılıqda günahlandırıb.

Bu yazıda məqsəd de Byazinin qeybətini etmək deyil. Əksinə, bunları xatırlatmaqla gələcəklə bağlı narahatlığımıza aydınlıq gətirmək istərdim. Hazırda ölkəmizdə futbol azarkeşlərinin əksəriyyəti milliyə yerli mütəxəssisin gətirilməsinin tərəfdarıdır. Amma bizi indi bir məsələ düşündürməlidir: problemimiz məşqçinin milliyətidirmi? Millətlər Liqasının yarımfinal mərhələsinə yüksəlib Almaniyada keçiriləcək Avropa Çempionatına yollanmağı planlaşdıran 4 komandanın hamısının məşqçisi yerlidirmi?

Yunanıstan, Gürcüstan, Lüksemburq və Qazaxıstan komandalarının inkişaf modelinə diqqət ayırıb bu suala qısaca da olsa, cavab tapmaq istərdik. Məsələ ondadır ki, bu 4 komandanın hamısına geniş yer ayırmaq da doğru olmazdı. Yunanıstan millisinin 2004-cü ildə Avropa çempionu olmasını nəzərə alanda, bu komandanın dəfələrlə dünya və qitə birinciliklərinin final mərhələlərində oynamasını yada salanda avtomatik olaraq ellinliləri müzakirədən kənarda qoymalıyıq. Yunanlar belə turnirlərdə oynamağa borcludursa, onun inkişaf modelindən danışmaq absurddur. Hər halda, məşhur bir memara yaxınlaşıb “bu binanı necə tikdin” sualını vermək gülməlidir.

Əslində, Gürsüstan millisi də bu kateqoriyaya aid olmalıdır. Doğrudur, gürcülər Latviyanın 2004-cü ildə bacardığını heç vaxt edə bilməyib. Heç Estoniya kimi 2011-ci ildə pley-off mərhələsinə də yüksəlməyiblər. Halbuki, potensialına və tarixinə görə gürcülər bu iki ölkənin komandasından daha üstün vəziyyətdədir. Amma gec də olsa, bu şansı əldə ediblərsə, deməli, sağlam bünövrə üzərindədirlər. Latışlar və estonların bir də nəvaxtsa bu imkanı əldə edəcəyini gözləməyə dəyməz. Gürcülərdənsə həmişə gözləntilər artıq olub və bu gələcəkdə də davam edəcək. Hər halda, sovet dövründəki uğurları, 1981-ci ildə Tiflis “Dinamo”sunun Kuboklar Kubokunu qazanması və müstəqillik dövründən bəri “oyunçu konveyri”nə görə seçilən bu ölkənin necə inkişaf etməsini araşdırmağa dəyməz.

Amma gürcülər mövzusuna nöqtə qoymazdan əvvəl onu deyək ki, bu komandanın baş məşqçisi əcnəbidir. Bəli, Fransa millisindən tanıdığmız, “Bayern”də öz sözünü deyən müdafiəçi Villi Sanyoldan gedir söhbət. 2013-cü ildən məşqçilik karyerasına başlayan, Fransanın 21 yaşlılarını və “Bayern”in gənclərdən ibarət komandasını çalışdıran fransalının Gürcüstan yığmasına qədər ciddi işi “Bordo” olub. Orada da iki il çalışıb, amma heç bir nəticəyə imza atmayıb. Yəni, Canni de Byazi və ya Berti Foqtsla müqayisədə Sanyolun məşqçilik karyerasında nə iləsə fəxr edəcəyi bir uğuru yoxdur. Sadəcə, potensialı olan, ulduzları bol yığmanı əsl komandaya çevirməyi bacarıb.

Elə Millətlər Liqasının yarımfinalına vəsiqə qazanan Qazaxıstan millisini də əcnəbi mütəxəssis çalışdırır. Bəli, məhz 46 yaşlı rusiyalı mütəxəssis Maqomed Adiyevin gəlişindən sonra qazaxlar əvvəlcə Millətlər Liqasında yarımfinala yüksəldilər, daha sonra Avropa Çempionatına vəsiqə qazanmağın bir addımlığında qərarlaşdılar. Yəni, son turda səfərdə Sloveniya seçməsini məğlub etsəydilər, heç Millətlər Liqasına göz dikməyə ehtiyacları olmayacaqdı. Səfərdə Finlandiya, evdə Danimarkanı, hər iki meydanda Şimali İrlandiyanı məğlub edən bu komanda Almaniyada keçiriləcək final mərhələsinə yollana bilərdi. Sadəcə, hər iki oyunda slovenlərə yenilgi onları dala saldı. Evdə finlərə uduzmasaydılar, Sloveniyaya daha yaxşı əhval-ruhiyyədə gələcəkdilər. Yəni bütün bunları əcnəbi mütəxəssisin başçılığı altında ediblər.

Elə Sanyol kimi Adiyev də məşqçi kimi buna qədər ciddi uğur qazanmayıb. 2010-cu ildən məşqçilik fəaliyyətinə başlayan Adiyev “Volqa” və “Terek”in əvəzedicilərində işləyib, daha sonra “Terek”in xələfi olan “Axmat”da əsas söz sahibi olub. O da qısa müddətdə. 2021-ci ildə Qazaxıstana gələrək Karaqanda “Şaxtyor”unun “sükanı arxasına” keçdikdən sonra bu ölkənin əsas millisindən dəvət alıb.

Amma Adiyev də Sanyol kimi ölkədə federasiyanın gördüyü doğru işlərin bəhrəsindən dada bilib. Məsələn, Adiyev elə bir dövrdə Qazaxıstana gəldi ki, bu ölkədə uşaq futbolunun inkişafı üçün konkret proqram hazırlanmışdı. Ölkənin uşaq məşqçiləri Portuqaliya və Niderland kimi ölkələrə ezam olunur, futbol pedaqoqları konkret kitablar yazır və sistemi müəyyənləşdirirdilər. Məşqlərdə uşaqlar ölkə üzrə tətbiq olunan vahid proqram əsasında futbolun sirlərini öyrənirdilər. Məsələn, bütün ölkə üzrə orta məktəblərdə fizika və ya biologiya fənni necə vahid proqramla tədris olunursa, futbol da eyni qaydada uşaqlara öyrədilir. Adiyev də bu mexanizmi əsas millidə davam etdirməyi bacardı.

Lüksemburqun inkişaf modeli isə tam fərqlidir. 2006-cı ildə FİFA-nın reytinq cədvəlində 195-ci sırada qərarlaşan bu ölkənin millisi həmin vaxt cəmi 10 komandadan öndə idi. Hətta San Marino, Lixtenşteyn və Farer adaları onlardan irəlidə qərarlaşmışdı. Amma ölkə futbol federasiyası inkişaf üçün infrasturktura xərc çəkmək fikrinə düşdü. 12 il ərzində ölkədə 22 yeni stadion istifadəyə verildi. Bununla yanaşı, kiçik bir ölkənin müxtəlif bucaqlarında uşaq futbol məktəbləri yaradıldı. Federasiya nüfuzlu şirkətləri futbola cəlb etməyə başladı. Hətta ət məhsulları istehsal edə “Şteffen evi” firması belə sponsorluq layihəsinə qoşuldu. Bunun məntiqi nəticəsini isə reytinqdə 82-ci piləyə qədər yüksəlməkdə gördülər.

Bəli, bu Lüksemburq səfərdə Fransa yığması ilə 0:0 hesablı heç-heçə edən, doğma meydanda Bosniya və Herseqovinanı 4:1 məğlub etməyi bacaran komandadır. Millətlər Liqasında yarımfinala çıxmağı bir kənara qoyaq, az qala bu seçmə mərhələdə də Slovakiyanı qabaqlayıb Avropa Çempionatına vəsiqə qazanacaqdılar. Məşqçiləri Lük Holts da bizim Qurban Qurbanov kimi bir mütəxəssisdir. O, 8 il ərzində ölkənin “Etsella” komandasınsda çalşdıqdan sonra 2010-cu ildə milliyə dəvət olundu. Artıq 13 ildir ki, əsas komandanın sükanınından möhkəm yapışıb. Amma bizdə Qurban Qurbanova Millətlər Liqasında bir tsikl şans verib onu gözdən salmağa çalışdılar.

Bəli, göründüyü kimi, uğur məşqçinin milliyəti yox, bünövrənin möhkəmliyindən asılıdır. Yəni, yerlinin əcnəbidən daha yaxşı olacağını düşünürksə, burada da yanlışa yol verəcəyik. Sadəcə, federasiya inkişaf haqda fiklirləşməyəcəksə, qoy onda yerliyə şans versin. Sözümüzün canı budur. Amma bunun belə olmasını istəmirksə, məşqçinin miliyətini müzakirə etməyə ehtiyac qalmır.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm