Milli komanda
Ukrayna millisinin Azərbaycanla oyunlar üçün heyəti açıqlandı
Futzal üzrə Ukrayna yığmasının Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək yoxlama oyunları üçün heyəti açıqlanıb.
Futbolinfo.az Ukrayna Futzal Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksandr Kosenko 16 futzalçıya dəvət göndərib.
Azərbaycan və Ukrayna yığmaları arasındakı qarşılaşmalar 18-19 dekabrda baş tutacaq. Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) keçiriləcək və saat 18:00-da başlayacaq.
Onlardan 3-ü qapıçı, qalanları isə sahə oyunçularıdır.
Qapıçılar: Kirilo Tsıpun, Yuri Savenko, Aleksandr Suxov;
Sahə oyunçuları: Sergey Malışko, Pyotr Şoturma, Mixail Zvariç, Nikolay Belotserkovets, İqor Korsun, Vladimir Razuvanov, Aleksandr Pedyaş, Sergey Jurba, Yaroslav Lebed, Yevgeni Serıy, Daniel Abakşin, Artyom Farenyuk, Vitali Radyeviç.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi