Digər idman növləri
Ulduzlar yeni Ər-Riyad turnirində
Ər-Riyadda keçirilən ənənəvi “Riyad Season” festivalı dünya tennis ulduzlarını bir araya gətirəcək yeni yoldaşlıq xarakterli turnirin anonsunu verib. Bu barədə festivalın rəsmi press-relizində məlumat verilib.
“6 Kings Slam” adını alan turnir bu ilin oktyabrında Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək. Əyləncəli festivalın təşkilatçılarının verdiyi məlumata görə, yarışda serbiyalı tennisçi Novak Cokoviç, ispan raketka ustaları Rafael Nadal və Karlos Alkaras, italiyalı Yannik Sinner, rusiyalı Daniil Medvedev və danimarkalı Holger Rune iştirak edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı son vaxtlar tennisə ciddə sərmayə qoyur. Qadın Tennis Assosiasiyasının (WTA) Final turniri də məhz bu ölkədə keçirilə bilər.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var