Ölkə futbolu
“Ümumi nəticə bizi nokaut etdi”
“Braqa”nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən oyunları növbəti dəfə dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan çempionuna məğlub olmalarına qısa münasibət bildirib: “Azərbaycana səyahət komandaya fiziki cəhətdən təsir etdi. Səfərdə pis çıxış etmədik. Ancaq ümumi nəticə bizi nokaut etdi. “Qarabağ” keyfiyyətli komanda olsa da, onları keçə bilərdik. İndi qarşıdakı hədəflərə çatmaq üçün fədakarlıq etməliyik”.
Qeyd edək ki, səfərdə 4:2 hesablı qələbə qazanan “Qarabağ” evdə 2:3 hesabı ilə yenilsə də, ümumi nəticədə (6:5) mərhələ adlamağı bacarıb.