Ölkə futbolu
“Universitatya” rəsmisi Regekampfın Rumıniyaya dönüşünü təkzib etmədi
Rumıniya mətbuatı “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın vətəninə qayıdacağını yazmaqdan, çalışdırıcı bu xəbərləri təkzib etməkdən yorulmur. Amma eyni mövzunun təkrarlanması şübhələnməyə əsas verir. Deyəsən, həqiqətən ortada nəsə var.
Son olaraq Regekampfın Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə prinsipial razılıq əldə etdiyi barədə xəbərlər yayılıb. Deyilənlərə görə, bu qış Laurentsiu Bakıdan ayrılaraq Rumıniyaya yollanacaq.
Futbolinfo.az Krayova klubunun meneceri Sorin Cartu ilə danışaraq məsələyə münasibətini öyrənib. O, xəbəri təkzib etməyib, amma eyni zamanda bu barədə danışmaq istəmədiyini bildirib: “Hazırda Reqhekampf “Neftçi”nin baş məşqçisidir. Mən onun haqqında danışmaq istəmirəm. Sadəcə, Reqenin çox yaxşı məşqçi olduğunu deməliyəm”.
Klub rəsmisi “Onunlar maraqlanırsızmı” sualını isə cavabsız qoymağı lazım bilib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…