Digər idman növləri
US Openin mükafat fondu rekord həddə çatdı
Tennis üzrə “Böyük dəbilqə” seriyasının turniri olan ABŞ açıq çempionatının mükafat fondunda dəyişiklik edilib. AP-nin verdiyi məlumata görə, builki çempionatın mükafat məbləği rekordu yeniləyəcək.
İştirakçılar arasında paylaşaılcaq məbləğin ümumi dəyəri 65 milyon ABŞ dolları təşkil edəcək. Qeyd edək ki, keçən il turnirin mükafat fondu 60 milyona bərabər idi.
“US Open” bu ayın axırında başlayacaq. Turnir avqustun 28-dən sentyabrın 10-dək davam edəcək.
Çempionatın son qalibi Karlos Alkarasdır. İspaniyalı tennisçi keçən il finalda norveçli Kasper Ruudu 6:4, 2:6, 7:6, 6:3 hesablı setlərlə məğlubiyyətə uğradaraq karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyasından olan bir turniri qazanmışdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq