Bizi izləyin

Milli komanda

Vədə əməl etmək üçün ən münasib qrup

blank
blank

Yox, Canni de Byazi, bəhanə axtarma. Millimiz bu qrupdan lider kimi çıxmalıdı. Sən də bunu vəd edib postunda qalmısan, AFFA rəhbərliyi də “bu dəfə bacaracağıq” deyərək manevr edib.

Qrup da münasibdi, qitə divləri yığışmayıb, AFFA ötən 15 ildə həqiqətən də ölkə futbolunun vayına oturmayıbsa, gördükləri işin bəhrəsini göstərsin. De Byazi, səndə gördükləri ümid işığının da qarşılığını verməlisən. Qarşıda 10 aylıq müddət, hazırlaşmaq üçün kifayət qədər zaman var. Ya nəticə verin, ya da hamınız rədd olub gedin.

“Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik” – Canni de Byazinin bu açıqlamasında həm vəd vermək həvəsi, həm də qorxu, bəhanə hiss olunur.

Hardasa doğru açıqlamadı, amma italiyalı yeni müqavilə imzalamaq üçün İcraiyyə Komitəsinin üzvlərinə qrupdan çıxmaq vədi verəndə yəqin ki, Farer adaları, Cəbəllütariq və Andorra ilə bir qrup formalaşdırmayacağımızı bilirdi. Türkiyə, Yunanıstan, Bolqarıstan kimi komandalar da bizdən yan ötüb, mübarizə aparıb yaxşı nəticə vermək üçün münasib qrupdu, buyurun, vədinizə əməl edin, azarkeşlər nəticə istəyir.

Dövlət başçısı mesajını verib, qalibləri qəbul etmək, onlarla qürur duyduğunu göstərmək niyyətindədi. Buyurun, “Qarabağ”ın uğurlarını təkrarlayın, AFFA rəhbərliyinin hüzura çıxmasını təmin edin.

Milli komandamızın potensialını bilirik, təbii ki, qrup qalibi olmaq mümkünsüzdü. Amma illərdi futbolumuzu xarabazara çevirən AFFA rəhbərliyi kreslolarını itirməmək üçün oyun oynayıbsa, vəd veribsə, axıradək davam etsinlər. Özü də son seçmə mərhələdə 1 xal toplayan yığmamızın indi 6-7 xal yığması uğur sayılmayacaq, hamı ciddi nəticə gözləyir. Son şans verilib, gilyotindən qaçmaq üçün 6 rəsmi oyun var.

Rəqiblərimizdən yalnız Slovakiya dünya reytinq sıralamasında ilk 50-likdədi – 42-ci yer. Belarus 95-ci, bizdən bir pillə öndə olan Qazaxıstan 119-cu, Moldova isə hətta 61 pillə geridə – 181-cidi. Bu komandaların hamısını müxtəlif vaxtlarda yenmişiksə, onları arzuolunmaz saya bilmərik. De Byazi ənənəvi reytinq bəhanələriylə bizi aldatmağa hazırlaşmasın.

Slovakiya və Belarusun rəqibimiz olacağı dəqiqləşib, Qazaxıstanla Moldovadan isə biri – pley-offda qalib gələn – yığmamızla qarşılaşacaq. Bu ölkələrin hamısında futbol böhrandadı, yığmamızın nəticə qazanması üçün daha ideal şans ola bilməzdi. Xüsusilə Moldovayla oyunları həvəslə gözləyərdik. Bu ölkənin funksionerləri baş məşqçi Roberto Bordini yola saldığı gün bizimkilər Canniylə yola davam qərarı verdilər.

Bu seçmə mərhələ təkcə daha yüksək diviziona qalxmaq baxımından önəmli deyil. Tərsi də ola bilər, sonuncu yer millimizi cırtdanların toplaşdığı D liqasına tullayar. Bunu düşünmək belə istəmirik…

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-25 01:58

“Jirona” mövsümü darmadağınla başa vurdu

blank
Dünya futbolu2024-05-25 01:45

Mövsümü heç-heçə ilə başa vurdular

blank
Dünya futbolu2024-05-25 01:32

“Bolonya” son oyunda “Cenoa”ya uduzdu

blank
Premyer-liqa2024-05-25 01:00

Orxan Məmmədov “Zirə” ilə görüşdü

blank
Dünya futbolu2024-05-25 00:46

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Digər idman növləri2024-05-25 00:25

Azərbaycan cüdoçuları Koimbra Avropa Kubokunda

blank
Premyer-liqa2024-05-25 00:04

“Qəbələ”də iki itki

blank
Premyer-liqa2024-05-24 23:46

Premyer Liqada son turun təyinatları müəyyənləşdi

blank
Dünya futbolu2024-05-24 23:33

Məhkəmə qərar verdi, “Barselona” bəyanat yaydı

blank
Digər idman növləri2024-05-24 23:17

Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalında

blank
Digər idman növləri2024-05-24 23:00

Millimiz ilk dəfə Avropa üçüncüsü oldu

blank
Digər idman növləri2024-05-24 22:32

Jalə Avropa çempionu, Elnurə gümüş medalçı oldu

blank
Digər idman növləri2024-05-24 22:00

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-05-24 21:30

A Seriyasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Ölkə kuboku2024-05-24 21:00

Kubokun finalı üçün ödənişsiz nəqliyyat vasitələri ayrılacaq

blank
Digər idman növləri2024-05-24 20:26

Millimiz Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-24 20:00

Qasperini və Kalafyori hamını qabaqladılar

blank
Ölkə futbolu2024-05-24 19:25

AFFA Region Liqasının qalibi müəyyənləşdi

blank
Dünya futbolu2024-05-24 19:00

PSJ-nin futbolçusu millidən getdi

blank
Dünya futbolu2024-05-24 18:44

Ançelotti: “Toni əsl almandır”

blank
Dünya futbolu2024-05-24 18:30

Endrik: “Ən güclü klub, daim ən güclü oyunçuları toplamalıdır”

blank
Digər idman növləri2024-05-24 18:15

2028-ci il dünya çempionatına Fransa ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-24 17:57

Məşhur tennisçi ailə şirkətinin ambassadoru oldu

blank
Digər idman növləri2024-05-24 17:39

Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib

blank
Ölkə futbolu2024-05-24 17:25

Pley-off oyunları ilə bağlı yekun qərar hüquqi məsələlərin həllindən sonra veriləcək

blank
Dünya futbolu2024-05-24 17:10

İtaliyada ilin məşqçisi məlum oldu

blank
Dünya futbolu2024-05-24 16:55

“Barselona” Xaviyə xələf tapdı

blank
Dünya futbolu2024-05-24 16:45

Akinfeyev ÇSKA-ya sadiq qaldı

blank
Digər idman növləri2024-05-24 16:30

Nadal Londonda iştirak ərizəsinə salındı

blank
Dünya futbolu2024-05-24 16:12

“Barselona” Xavini, “Milan” Piolini istefaya göndərdi – RƏSMİ

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm