Dünya futbolu
“Valensiya” Kavani ilə yollarını ayırdı
“Valensiya” uruqvaylı hücumçusu Edinson Kavani ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onun klubla sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaqdı.
Kavaninin karyerasını “Boka Xuniors”da davam etdirməsi gözlənilir.
Xatırladaq ki, Kavani ötən ilin yayında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılaraq “Valensiya”ya keçmişdi. O, bu komandada 28 oyuna 7 qol vurub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar