Dünya futbolu
Van Deykdən üstüörtülü məsləhət
Kodi Qakponun müştəriləri artır. “Mançester Yunayted”in heyətinə qatmaq istədiyi hücumçuya indi də “Real” elçi düşüb.
Futbolinfo.az xəbər verir ki, Niderlandın Dünya Çempionatında uğurlu çıxışında bu futbolçunun rolu az deyil. Qolları ilə komandaya fayda verən oyunçu artıq ¼ finala kimi irəliləyib. Bu məqam böyük klubların diqqətindən qaça bilməz. Hər mundialdan sonra parlayan oyunçuları düşərgəsinə cəlb etməyə öyrəşən “Real”ın marağı da qeyri-adi qarşılanmamalıdı. Madridlilər mundial bitən kimi PSV-nin qapısını döymək niyyətindədir.
Bu xəbərə Qalponun Niderland yığmasındakı komanda yoldaşı Vircil van Deyk də biganə qalmayıb: “Qakpo seçimini özü etməlidi. “Mançester Yunayted” və “Real” eyni səviyyədədilərmi? Məncə, qətiyyən yox. Onlar arasında fərq var və kimi üstün tutduğumu təxmin etməlisiz. Kodinin növbəti addımı atmasının zamanıdı. Ya qışda, ya da önümüzdəki yay Qalpo klubunu dəyişməli və layiq olduğu səviyyəyə qalxmalıdı. Çox çalışqan, çox istedadlı olduğu üçün onda alınacaq”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar