Bizi izləyin

Müsahibə

Vaqner: “İndiki “Qarabağ” daha güclüdür”

blank
blank

2018-2020-ci illərdə “Qarabağ”ın formasını geyinmiş braziliyalı qapıçı Vaqner da Silvanın futbolinfo.az saytına müsahibəsi

– Sabiq komandanız “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin I turunda Norveç klubu “Molde”ni 1:0 hesabı ilə məğlub etdi. Nəticəni necə qarşıladınız?

– “Qarabağ”ın bu qələbəsi mənim üçün sürpriz olmadı. Üstəlik, nəzərə alaq ki, oyun Bakıda keçirilib. Şübhəsiz ki, “Qarabağ” rəqibindən üstün oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. 90 dəqiqə ərzində Azərbaycan təmsilçisi daha yaxşı çıxış etdi, qol vəziyyətləri yaratdı. Sonluq ədalətli oldu.

– Ağdam klubu qrupun II turunda İsveç təmsilçisi “Hakken”in qonağı olacaq. Həmin qarşılaşmadan nə gözləyirsiniz?

– Qrupa qələbə ilə başlamaq çox önəmli idi. Belədə futbolçularda qrupdan çıxmağa inam birəbeş artır. “Hakken” də təxminən “Molde” səviyyəsində komandadır. Şəxsən “Qarabağ” onları İsveçdə məğlub etsə, təəccüblənmərəm. Belə olarsa, Qurban Qurbanovun kollektivi qrupdan çıxmaq yolunda böyük addım atmış olar. Əlbəttə, asan olmayacaq. Skandinaviya ölkələrində atmosfer fərqli olur, rəqiblər əsasən “ikinci mərtəbə”də üstün olurlar. Əminəm ki, məşqçilər korpusu bütün bunların qarşısını almağın yollarını bilir. “Qarabağ” topa daha çox sahib olmaqla rəqibi mübarizədən soyuda bilər.

– “Qarabağ”ın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiniz?

– Komandanın aktivində artıq bir qələbə var. Qrupda “Bayer”in gücü hamıya bəllidir. Onlar indi “Bayern” ilə başabaş gəlirlər. Ancaq ikinci yer uğrunda gərgin mübarizə gedəcək. Əslində, Skandinaviya komandaları “Qarabağ” üçün əlverişsiz rəqib olurlar. Ancaq texnikalı oyunu sayəsində durumu tərsinə çevirmək də mümkündür. “Molde” ilə matçda bunun şahidi olduq. “Hakken”i də səfərdə məğlub etməklə işin böyük hissəsini görmüş olar.

– Sizin dövrünüzdəki “Qarabağ”la indikini necə müqayisə edə bilərsiniz?

– Həqiqətən də “Qarabağ” bu gün çox güclü komandadır. Onların həmişə güclü heyətləri olub. Eyni sistemə sadiq qaldığından, həm oyun, həm də nəticə baxımından stabilliyini qoruyur. Müqayisə etmək lazımdırsa, məncə, indiki “Qarabağ” daha güclüdür.

– Deyəsən, “Qarabağ”ın oyunlarını müntəzəm izləyirsiniz…

– İmkan düşdükcə matçlara baxıram. “Qarabağ” əvvəlki performansından heç nə itirməyib. Sadəcə, yayda heyətdə müəyyən dəyişikliklər olduğu üçün hər dəfə mövsümün əvvəlində bir qədər axsaqlıq yaranır. Ancaq gördüyüm qədərilə yeni transferlər artıq formaya düşürlər. Onlar uyğunlaşma dönəmini tamamladıqdan sonra komanda daha güclü olacaq.

– “Qarabağ”ın Portuqaliyadan gətirdiyi son oyunçulardan biri Juninyo oldu. Onun çıxışına hansı qiyməti verərdiniz?

– Juninyo barədə ətraflı məlumatım yox idi. Amma görürəm ki, oyundan-oyuna rəqiblər üçün daha təhlükəli olur. Onun “Qarabağ”a böyük xeyir verəcəyini düşünürəm. Həqiqətən də “Qarabağ”ın Portuqaliyadan aldığı oyunçular uğurlu olur. Çünki buradan transfer edilənlər hazır vəziyyətdə gedirlər. Julio Romao və Kevin Medina da buna əyani sübutdur.

– Vaxtilə “Qarabağ”dakı rəqibiniz Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna keçdi. Bu transferə münasibətiniz necədir?

– Şahruddin Azərbaycanın ən güclü qapıçısıdır. Səhvə görə hərdən onun adı mediada çox hallanır. Ancaq psixoloji cəhətdən güclüdür. Onun Türkiyə komandasında uğurlu olacağına inanıram. “Qarabağ”ın yeni gətirdiyi Andrey Lunyov da yaxşı qapıçıdır. Hər halda, belə olmasaydı, “Bayer”ə qədər gedib çıxmazdı.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-04-29 13:16

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

blank
Digər idman növləri2024-04-29 13:02

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

blank
Digər idman növləri2024-04-29 12:48

“Qarabağ” liderliyini möhkəmləndirdi

blank
Ölkə futbolu2024-04-29 12:33

“Qarabağ” “Turan”a çata bilmədi

blank
Digər idman növləri2024-04-29 12:18

Şərq konfransının ilk yarımfinalçısı məlum oldu

blank
Ölkə futbolu2024-04-29 12:01

Cəlal yeni təklif almayıb: “Avrokuboka vəsiqə üçün mübarizə aparacağıq”

blank
Dünya futbolu2024-04-29 11:47

Azarkeşlər Lopeteqini istəmir

blank
Dünya futbolu2024-04-29 11:32

Fati indi də “Sevilya”ya göndəriləcək

blank
Dünya futbolu2024-04-29 11:17

Sapata Meksikaya köçə bilər

blank
Dünya futbolu2024-04-29 10:59

Arauxoya müştəri tapıldı

blank
Ölkə futbolu2024-04-29 10:42

Misli Premyer Liqasında yeni azarkeş rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm