Dünya futbolu
Verner “Çelsi”nin toparlanacağına əmindir
“Leypsiq”in hücumçusu Timo Verner keçmiş klubu “Çelsi”dən danışıb. O, londonluların əvvəlki vəziyyətinə qayıdacağına əmindir.
Futbolinfo.az xəbər verir ki, alman hücumçu öncə həmyerlisindən söz salıb: “Komandanın durumuna baxmayaraq, Kay Haverts hər zaman kifayət qədər oyun vaxtı aldı. Günah onun deyildi, bütünlüklə pis oynadılar. “Çelsi” tezliklə bizim zamanımızda olduğu yerə – liderlər qrupuna dönəcək”.
Verner “Çelsi”ni hələ də Avropanın ən yaxşılarından biri sayır: “Bu, şübhəsiz belədir. Bu mövsüm çox pul xərclədilər, uyğunlaşma problemi yaşadılar. Orada birlikdə Çempionlar Liqasını qazandığımız futbolçular var, uğur qazanmalarını arzulayıram”.
Timo Premyer Liqada bu cür mənzərələrin reallaşmasını normal sayır: “İngiltərədə belə şeylər olur, enişlər və yüksəlişlər yaşanır. “Çelsi”nin tezliklə toparlanacağına əminəm”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı